“Bavariya”nın oyunçusu sıradan çıxdı

25.08.2023 00:15 216
Dünya futbolu
“Bavariya”nın oyunçularından biri ağır zədə alıb.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi Camal Musiala bu səbəbdən qeyri-müəyyən müddətə sıradan çıxıb. Münhen klubunun mətbuat xidmətinin məlumatına görə, 20 yaşlı alman futbolçu məşq zamanı zədələnib. Ona sol baldır nahiyəsində əzələ gərginliyi diaqnozu qoyulub. Klubdan Musialanın hansı müddətə sağala biləcəyi haqda məlumat yayılmayıb.

Qeyd edək ki, Musiala ötən mövsüm azarkeşlər arasında keçirilən sorğuya əsasən “Bavariya”nın ən yaxşı futbolçusu seçilmişdi.