London klubunda ciddi itki

8.10.2023 10:52 192
Dünya futbolu
“Tottenhem”in oyunçularından biri uzun müddət oynaya bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi Manor Solomon sıradan çıxıb. Bunu jurnalistlərə baş məşqçi Angelos Postekoğlu açıqlayıb.

Avstraliyalı mütəxəssis israilli oyunçunun cümə günü sağ dizində menisk əməliyyatı keçirdiyini bildirib. O, Manorun təxminən 2-3 ay müddətinə sıradan çıxdığına aydınlıq gətirib.

Solomon bu mövsüm İngiltərə çempionatında 5 oyuna çıxıb.