"Sabah"ın baş məşqçisi Boban Mitev ailə vəziyyəti ilə əlaqədar olaraq təcili Şimali Makedoniyaya yollanıb.
"Football-plus.az"a klubdan verilən məlumata görə, "tələbələr"i FIBA Avropa Kubokunun müntəzəm mövsümündə D qrupunun 4-cü turu çərçivəsində "Mornar"la köməkçi məşqçi Nikola Bozinovski çıxaracaq.
Qeyd edək ki, noyabrın 8-i saat 19:00-da başlayacaq qarşılaşma "Sərhədçi" İdman Mərkəzinidə keçiriləcək.