“Sabah” Şimali Makedoniyaya yollandı

30.09.2023 12:25 209
İdman
“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun təsnifat mərhələsinin qrup oyunlarında iştirak üçün Şimali Makedoniyanın paytaxtı Skopyeyə yollanıb.

"Football-plus.az" xəbər verir ki, komanda bu gün axşam saatlarında sözügedən şəhərə çatacaq.

Azərbaycan təmsilçisi qrup mərhələsində ilk matçını oktyabrın 2-də, saat 19.30-da Niderlandın “Qroningen” klubuna qarşı keçirəcək.