"Rəqibin aqressiv müdafiəsi bizim üçün problem yaratdı" - Boban Mitev

2.11.2023 11:09 206
İdman
"Sabah"ın baş məşqçisi Boban Mitev FIBA Avropa Kubokunda "Nimburk"la matçdan sonra fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, şimali makedoniyalı məşqçi komandasının 61:92 hesablı məğlubiyyətini şərh edib:

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlara qarşı oynamaq bizim üçün çətin oldu. "Nimburk" çox sürətli və aqressiv oyun sərgilədi. Çoxlu 3 xallıq atışlar etdilər və müdafiə ribaundları qazandılar. 22 hücum ribaundu, 18 uğursuz sərbəst atış və 23 top itkisi. Məğlubiyyətimizə səbəb bunlardı. Rəqibin aqressiv müdafiəsi bizim üçün problem yaratdı".