“Kəpəz” Şuaybu mövzusuna aydınlıq gətirdi

7.11.2023 20:30 279
Premyer-liqa / Manşet
“Kəpəz”in futbolçusu Abdullahi Şuaybuda Hepatit B virusunun aşkarlandığını və meydana çıxa bilməyəcək halda olduğunu yazmışdıq.

Belədə qalan oyunçularında sağlamlığı haqda düşünmək də labüdləşir. Görəsən, “Kəpəz” futbolçuların sağlıq durumunun yenidən yoxlanılması üçün addım atacaq? Klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev “Football-plus.az”ın sualını cavabladı:

“Futbolçularla bağlı narahatlıq yoxdu. Onsuz da yaxın zamanlarda analiz vermişdilər. Heç bir problem qeydə alınmayıb. Yenidən yoxlamağa ehtiyac yoxdu”.


KƏNAN BAHADIR