"Kəpəz" baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb.
Əldə etdiyimiz məlumata görə, bununla bağlı qərar klubun İdarə Heyətinin bugünkü iclasında qəbul olunub.
52 yaşlı mütəxəssislə ötən mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.
Klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev xəbəri "Football-plus.az"a təsdiqləyib. Tezliklə qərar ictimaiyyətə elan ediləcək.
Xatırladaq ki, Tərlan Əhmədov ötən ilin sentyabrında "Kəpəz"ə baş məşqçi təyin olunmuşdu.
KƏNAN BAHADIR