“Football-plus.az” xəbər verir ki, qeyd olunanlar aylar öncə baş versə də, indi gündəmə gətirilir. Bunun səbəbi isə “sarı göylər”in bu haqda rəsmi açıqlama verməməsidi.
“Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məsələni “Football-plus.az”a izah etdi:
“Mehman Allahverdiyev mövsümün əvvəlindən İdarə Heyətinin üzvüdü. Bunu rəsmi açıqlamışdıq. Bilindiyi kimi, üzv başqa vəzifə icra edə bilməz. Deməli, o, həmin andan bəri idman direktoru deyil”.
KƏNAN BAHADIR




