"Azərreyl" növbəti mərhələyə yüksəldi

18.10.2023 21:15 224
İdman / Manşet
Son ölkə çempionu "Azərreyl" Çağırışıq kubokunun 1/32 final mərhələsini uğurla geridə qoyub.

"Football-plus.az" xəbər verir ki, "dəmiryolçular" "Dərnəgül Arena"da Ukrayna təmsilçisi "Balta" ilə cavab oyununa çıxıb. Bu görüş də komandamızın 3:0 (25:23, 25:15, 25:19) hesablı üstünlüyü ilə bitib.

Təmsilçimizin 1/16 finaldakı rəqibi İspaniyanın "Avarka de Menorka" klubu olacaq.