FİFA Rubiales ilə bağlı yekun qərarını verdi

1.11.2023 16:58 191
Dünya futbolu
Luis Rubiales ilə bağlı növbəti qərar çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, İspaniya məhkəməsindən sonra FİFA da onun aqibətini müəyyən edib.
İspaniya Futbol Federasiyasının (İFF) sabiq prezidenti üç il müddətinə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırılıb. FİFA-nın Nizam-İntizam Komitəsi Rubialesin qadınlardan ibarət İspaniya yığmasının oyunçusu Cennifer Ermosoya qarşı hərəkətinə görə belə qərar qəbul edib. Xatırladaq ki, funksioner İspaniya yığması DÇ-2023-ün avqustun 20-də keçirilən finalında İngiltərəni məğlub etdiyi oyundan sonra mükafatlandırma mərasimində Cenniferin dodaqlarından öpmüşdü. Bunun qeyri-ixtiyari, çempionluğa görə böyük sevincdən doğan hərəkət olduğunu deyən İFF-nin sabiq rəhbəri hərəkətində pis niyyət görmədiyini bildirmişdi. Amma ölkə futbol və idman ictimaiyyətinin kəskin narazılığı və etirazları ilə üzləşən Rubiales güclü təzyiqə tab gətirməyib sentyabrın 10-da istefa vermişdi.

FİFA avqustun 26-da onu İFF-nin prezidenti postundan müvəqqəti kənarlaşdırmışdı. Ali futbol təşkilatının onunla bağlı yaydığı son məlumatda belə deyilir:

“FİFA-nın Nizam-İntizam Komitəsi İspaniya Futbol Federasiyasının sabiq prezidenti Luis Rubialesin futbolla bağlı milli və beynəlxalq səviyyədə hər cür fəaliyyətinə üç il müddətinə qadağa tətbiq edib. Bu qərar o, FİFA-nın İntizam Məcəlləsinin 13-cü maddəsini pozduğu üçün verilib”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul