Rubiales təslim oldu

13.09.2023 20:51 224
Dünya futbolu
Luis Rubiales böyük təzyiqə tab gətirməyib. O, İspaniya Futbol Federasiyasının (İFF) prezidenti vəzifəsindən istefa verib.

"Football-plus.az" xəbər verir ki, Rubialesin nə üçün belə addım atdığı hamıya bəllidi. İFF-nin rəhbəri avqustun 19-da qadınlar arasında dünya çempionatında çempion olan İspaniya yığmasının mükafatlandırılma mərasimində Cennifer Ermosonun dodaqlarından öpdüyü üçün ölkə ictimaiyyətinin böyük tənqidləri ilə üzləşmişdi. Rubiales srağagün sosial şəbəkə hesabına “hə, istefaya yollanmağı düşünürəm, ona görə ki, vəzifəmi yerinə yetirə bilmirəm” demişdi.

İFF-nin məlumatında onun UEFA-nın vitse-prezidenti vəzifəsindən getdiyi də bildirilir. Deyəsən, Rubialesin başı hələ çox ağrıyacaq. İspaniya Milli Məhkəməsi prokukorluğun onun əleyhinə olan müraciətinə baxmaq qərarına gəlib. İFF-nin artıq sabiq rəhbəri Ermosoya qarşı seksual təcavüz maddəsi ilə ittiham olunur.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul