Protokola əsaslansaq, Əli Əliyev startda, Elşən Abdullayev isə ehtiyatda idi. PFL bu səhvi yalnız oyundan bir neçə saat keçmiş, axşam saatlarında aradan qaldırdı. Bu məsələylə bağlı PFL-ni texniki-idman direktoru Elgiz Abbasovla əlaqə saxladıq:
"İrəvan"ın oyuna azlıqda başlayacağını əvvəlcədən bilmirdik. Oyundan öncə meydan sahibləri start heyətində 11, ehtiyatda isə 1 oyunçu göstərmişdi. Amma matçın startına sayılı dəqiqələr qalmış start heyətində göstərilə Əli Əliyev səhhətində problem yarandığı üçün meydana çıxmayıb. Rəsmi qaydalara görə komandanın 7 oyunçuyla meydana çıxa bilirsə, yetərsay var. Odu ki, "İrəvan"ın oyuna 10 nəfərlə başlaması qaydalar çərçivəsindədi. Ehtiyatda olan Elşən Abdullayevin 5-10 dəqiqə oynayacağı bildirilmişdi. Amma onun da zədəsi imkan vermədiyindən da meydana çıxmayıb. Sadəcə, adı ehtiyat oyunçular siyahısında olub. Oyun bitəndən sonra protokolda dəyişiklik etmişik".
ABDULLA İSMAYILOĞLU






