“İrəvan"ın futbolçuları oyunu boykot etdi - YENİLƏNİB

18.10.2023 15:57 360
I liqa / Manşet
Bu gün 1-ci liqada keçirilməsi nəzərdə tutulan "İmişli" - "İrəvan" matçı baş tutmayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Oyun "İrəvan"ın saat 15.00-a təyin olunan matça gəlməməsinə görə baş tutmayıb. Qarşılaşma ilə bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.

Qeyri-rəsmi xəbərlərə görə, "İrəvan" klubu futbolçuların borcunu ödəmədiyi üçün oyunçulardan bəziləri bu görüşə yollanmayıb.