"Şamaxı" 1-ci liqanın 6-cı turunda səfərdə "İrəvan"la qarşılaşacaq.
Bildiyiniz kimi, Nazim Süleymanovun rəhbərlik etdiyi komanda maaşlar verilmədiyinə görə İmişli səfərinə yollanmamışdı. Lakin bu dəfə eyni hal təkrarlanmayacaq və “İrəvan” meydana çıxacaq. Bəs rəqib bu oyuna necə hazırlaşır? Bu sual ətrafında baş məşqçi Vüqar Əsgərli ilə söhbətləşdik.
- Növbəti turda "İrəvan"la qarşılaşacaqsız. Necə hazırlaşırsız?
- Başqa oyunlara necə hazırlaşırıqsa, bu dəfə də elə. Hazırda Şamaxıdayıq.
- Nə vaxt Bakıya gələcəksiz?
- Həmişəki kimi oyuna bir gün qalmış Bakıya gələcəyik.
- Bilirsiz ki, "İrəvan"da vəziyyət yaxşı deyil. Ümumiyyətlə, bu amil oyuna hansı dərəcədə təsir edə bilər?
- Biz də mətbuatdan bəzi informasiyalar oxuyuruq. Təbii ki, futbol adına belə halların yaşanmasına görə təəssüflənirik.
- Bizdə olan məlumata görə, komandanın mövsümün əvvəlində heyətinə qatdığı əsas oyunçular meydana çıxmayacaq. Bu amil futbolçularınızın arxayınlaşmasına səbəb ola bilərmi?
- Heç bir arxayınlıqdan söhbət belə gedə bilməz. İddiamız böyükdü. Rəqibin əsas oyunçularının bizimlə qarşılaşmaya çıxmayacağı ilə bağlı da informasiyamız yoxdu. Biz meydana çıxıb öz oyunumuzu göstərəcəyik.
CAVİD ƏLİYEV
“Heç bir arxayınlıqdan söhbət belə gedə bilməz”
I liqa / Manşet






