İntizam Komitəsinin “İrəvan”la bağlı qərarı niyə ləngiyir?

24.10.2023 12:49 373
Ölkə futbolu / Manşet
Bildiyiniz kimi, 1-ci liqanın 5-ci turunun "İmişli"- " "İrəvan" matçı baş tutmadı.

Belə ki, qonaq komandanın üzvləri maaş verilmədiyi üçün səfərə yollanmadılar. Belədə oyuna çıxmayan tərəf texniki məğlubiyyət alır. Bəs "İrəvan"a bu cəzanın verilməsi niyə gecikir? Və yaxud nə vaxt veriləcək? Bu suala cavab tapmaq üçün AFFA İntizam Komitəsinin sədr Erkin Hüseynovla əlaqə saxladıq:

"Klublar çoxaldığı üçün iclaslar həftədə iki və ya üç dəfə ola bilər. Artıq bu gün də İntizam Komitəsinin iclası baş tutdu. Qısa zamanda AFFA-nın rəsmi saytında bu barədə məlumat olacaq".


CAVİD ƏLİYEV