Azərbaycan futbolunda biabırçılıq: futbolçular səfərə yollanmadılar

18.10.2023 14:54 1 081
I liqa / Manşet
Azərbaycan futbolunda növbəti biabırçılıq yaşanacaq.

Bildiyiniz kimi, bu gün 1-ci liqanın 5-ci turuna start veriləcək. "İmişli" "İrəvan"ı qəbul etməlidi.

"Football-plus.az"a daxil olan məlumata görə, qarşılaşma baş tutmayacaq. Çünki "İrəvan" İmişliyə getməyib. Komandanın üzvləri maaş verilmədiyi üçün səfərə çıxmayıb.

Artıq "İmişli" tərəfi bundan xəbərdardı. Lakin Əsasnaməyə görə, AFFA nümayəndəsi oyunun başlama saatından sonra 30 dəqiqə gözləməlidi. Həmin vaxta qədər də Qərbi Azərbaycan təmsilçisi stadiona gəlməsə, oyun keçirilməyəcək.

İLKİN SULTANLI