17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, Serbiyada keçirilən qrup oyunlarında meydan sahibi komanda ilə qarşılaşan yığmamız 1:5 hesabı ilə məğlub olub. Yığmamızın yeganə qolu 11-ci dəqiqədə avtoqol kimi qeydə alınıb.
Millimiz seçmə mərhələdə növbəti oyununu oktyabrın 24-də Sloveniya yığmasına qarşı keçirəcək.