Millimiz ilk oyununu keçirdi

21.09.2022 20:40 371
Yığma
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün Bolqarıstan yığması ilə qarşılaşıb.

Bolqarıstan millisi 90+3-cü dəqiqədə penaltidən vurduğu qolla 1:0 hesablı qələbə qazanıb. Millimiz qrup mərhələsində növbəti oyununu sentyabrın 24-də Türkiyə yığmasına qarşı keçirəcək.