• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Narıncılar”ın bir ayağı AÇ-dədi

AÇ

19-10-2023, 18:0

Bazar ertəsinin əsas oyunu, dramatik sonluğu nəzərə almasaq, ümumilikdə ümidləri doğrultmadı.

“Football-plus.az” xəbər verir ki, sentyabrda Niderland önündə darmadağın olan (0:3) Yunanıstan bu dəfə evdə hadisələri qabaqlamaq istəmədi. Meydan sahibləri əsasən müdafiə olunmaqla kifayətlənir, xoşbəxtliyi əks-hücumlarda axtarırdılar. Hərçənd bu da riskli yol idi. Axı yunanlardan 3 xal geri qalan “narıncılar”ın ehtiyatda bir oyunu da vardı. Ronald Kumanın zədələr üzündən yetərincə zəifləyən komandası belə ilk yarıda meydanda diqtə etdi. Hətta qonaqlar 28-ci dəqiqədə hesabı açmaq üçün real şans qazandı. Yunanlar cərimə meydançasında Van Diyki yerə sərdiyindən onların qapısına penalti təyin olundu. Ancaq Veqhorstun zərbəsinin qarşısını Vlahodimos aldı. O qapıçı ki, “Benfika”da ulduz idi, ancaq “Nottingem Forest”ə keçəndən sonra ehtiyat oyunçular skamyasını “isidir”. Elə görünürdü ki, yunanların qapıçısı keçilməzdi. Üstəlik 2-ci hissədə xeyli fəallaşan yunanlar (Qustavo Poyerin üçlü əvəzetməsi də oyunun axarının dəyişməsində böyük rol oynadı) öz qapısı önündəki təzyiqi də azaltdılar. Sən demə, bütün bunlar uzatma dəqiqələrinə təsadüf edən tufandan əvvəlki sakitlik imiş. 1-ci uzatma dəqiqəsində Vladodimosun qoruduğu qapıya daha bir penalti təyin olundu. Özü də Dumfrisi məhz Niderland çempionatının ən yaxşı hücumçularından biri Pavlidis yerə sərdi. Belə vəziyyətdə təşəbbüsü kim öz üzərinə götürməliydi? Təbii ki, kapitan! Hərçənd Van Diyk penalti vurmaqda usta deyil. Hələ müdafiəçi zərbə ərəfəsində pauza da verməli oldu. Ona görə ki, VAR otağından artıq penalti qərarını verən hakimi təkrara baxmağa çağırdılar. İspan referi monitora baxandan sonra da fikrindən dönmədi. Yunan azarkeşlər Van Diyki lazer işıqları ilə yanıltmağa çalışsalar da, kapitan zərbəni inamla yerinə yetirərək Niderlandı 2-ci pilləyə çıxardı. Bu yeri əldən verməmək üçün noyabrda İrlandiya və Cəbəllütariq ilə oyunlardan birində qələbə qazanmaq kifayətdi. Yunanıstanın ümidi isə Millətlər Liqasının pley-off oyunlarına qaldı.

Bu qrupun digər oyununda İrlandiya inamlı qələbə qazandı. “Cırtdan” və ev oyununu Portuqaliyada keçirməli olan Cəbəllütariq üzərindəki darmadağının əsası 8-ci dəqiqədə qoyuldu. Ferqyuson müdafiəçidən sıyrılaraq dirəyin dibinə dəqiq zərbə vurdu. Ancaq müdafiə olunan nominal sahiblərinin gec-tez növbəti qolları buraxacağı heç kimdə şübhə doğurmurdu ki, belə də oldu. 28-ci dəqiqədə Conston milli komandadakı qol hesabını açdı. İlk dəfə yığmanın start heyətinə düşən “Seltik”in vingeri bu əlamətdar olayı qolla qeyd etdi.

Fasilədən sonra da oyunun axarı dəyişmədi. Cari seçmə mərhələnin hər oyununda ən azı üç top buraxan “cırtdan” bu dəfə də ənənəyə sadiq qaldı. Saatın tamamında Doherti səhnəyə çıxdı. Təcrübəli futbolçu baş zərbəsi ilə son 4 ildəki ilk qolunu vurdu. Sona 10 dəqiqə qalmış isə sonradan oyuna qoşulan Robinson hesab arasındakı fərqi biabırçı həddə çatdırdı. İrlandiyanın hələ də qitə çempionatına qatılmaq baxımından müəyyən şansı qalırsa (bu haqda başqa yazıda oxu), Cəbəllütariq seçmə mərhələni nəinki xalsız, hətta qol vurmadan bitirmək təhlükəsi ilə üz-üzədi. “Cırtdan”ın son iki oyunda Fransanın qonağı olacağını və Niderlandı qəbul edəcəyini də xatırladaq.

B qrupu
Yunanıstan – Niderland 0:1 (0:0)
Yunanıstan: Vlahodimos, Rota, Mavropanos, Retsos, Kulierakis (Siopis, 60), Kurbelis (Buhalakis, 60), Bakasetas (Funtas, 60), Mantalos (Pavlidis, 81), Simikas, Masuras (Yakumakis, 77), Yannidis.
Niderland: Verbrüggen, Dumfris, Gertryoyda (Malen, 46), Van Diyk, Ake, Hartman (Van de Ven, 74), Viffer (De Roon, 81), Reynders, Simons (Verman, 62), Berqveyn, Veqhorst (Brobbi, 62).
Qol: Van Diyk, 90+3-p.
Veqhorst 28-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Gertryoyda, 13. Kurbelis, 13. Mantalos, 29. Simons, 51. Retsos, 76. Pavlidis, 86 – sarı.
Hakim: Alexandro Ernandes (İspaniya).
16 oktyabr. Afina. 24967 tamaşaçı.
Cəbəllütariq – İrlandiya 0:4 (0:2)
Cəbəllütariq: Kulinq, Sarcent, R.Çipolina (De Xaro, 83), Mueli, Olivero (Kassiaro, 68), Britto, Ronan (X.Çipolina, 83), Ennesli, Uoker, Poso (Kumbz, 68), De Barr (El-Xmidi, 68).
İrlandiya: Bazunu, Doherti, Daffi, Skeylz (O”Şi, 74), Menninq, Makqret, Kallen (Molambi, 74), Nayt, Oqbene (Sayks, 83), Conston (Robinson, 66), Ferqyuson (Ayda, 66).
Qollar: Ferqyuson, 8 (0:1). Conston, 28 (0:2). Doherti, 60 (0:3). Robinson, 80 (0:4).
Vərəqələr: Ennesli, 53. Doherti, 72. Sarcent, 84. Makqret, 88 – sarı.
Hakim: Kristian-Petru Çokirka (Avstriya).
16 oktyabr. Faru/Lule. 4000 tamaşaçı.
1. Fransa 6 6 0 0 13-1 18
2. Niderland 6 4 0 2 10-7 12
3. Yunanıstan 7 4 0 3 12-6 12
4. İrlandiya 7 2 0 5 9-9 6
5. Cəbəllütariq 6 0 0 6 0-21 0
Növbəti turun oyunları noyabrın 18-də keçiriləcək: Fransa – Cəbəllütariq, Niderland – İrlandiya.

Oyundan sonra
Ronald Kuman, Niderland yığmasının baş məşqçisi: “Biz oyunun taleyini uzatma dəqiqələrində təyin olunan penaltiyə qədər həll etməliydik. Yunanıstan nədənsə meydana üç hücumçu ilə çıxmağa qərar vermişdi. Birinci hissədə üstün oynasaq da, penaltini qola çevirə bilmədik. Ondan sonra oyunun xarakteri dəyişdi. Biz yenə də özümüzə inanmaqdaydıq. Yunanıstan o qədər də çox təhlükəli vəziyyət yarada bilmədi. Qol buraxmamaq üçün çox ehtiyatlı oynamalıydıq”.

Vircil van Diyk, Niderland yığmasının müdafiəçisi: “Qorxunc qazon üzərində oynadıq. Bu səviyyəli oyunların hələ də belə meydanda keçirilməsi qeyri-adi haldı. Yunanıstanı izləyirdiksə, artıq şəxsi oyundakı qələbəyə görə önə keçmişik. Başladığımız işi sona çatdırmalı, AÇ-yə vəsiqə qazanmalıyıq. Biz bunu mütləq edəcəyik”.

Paylaş:
Digər xəbərlər

AÇ

17-10-2023, 19:0

Mbappe Fransanı AÇ-yə çıxardı

Dünya futbolu

25-10-2022, 17:0

“Nottingem Forest” 1996-dan bəri ilk dəfə

İdman

24-12-2022, 23:0

Türklər yunanlar önündə çətinlik çəkdi

Dünya futbolu

27-09-2023, 18:0

MS-ni kim dayandıracaq?! – TURUN ŞƏRHİ

AÇ

11-09-2023, 22:0

Fransa hələ də qol buraxmayıb

Yığma / Reportaj

14-10-2023, 11:0

U-21 59 dəqiqə azlıqda oynayan rəqibə uduzdu! - REPORTAJ

Aktual
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Son xəbərlər
  • Bu gün, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Bu gün, 22:50
    Millimiz Maltaya qarşı - YENİLƏNİR
  • Bu gün, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Bu gün, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Bu gün, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Bu gün, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Bu gün, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Bu gün, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Bu gün, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Bu gün, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Bu gün, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Bu gün, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Bu gün, 15:05
    AFFA-da seminar keçirildi
  • Bu gün, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Bu gün, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Bu gün, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Bu gün, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Bu gün, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Bu gün, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Bu gün, 10:00
    Vlahoviç hara gedir?
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
Daha çox
Oxunub: 314
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 222
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 179
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə