Srağagün və dünən basketbol üzrə Avroliqada 15-ci turun oyunları keçirildi.
Football-plus.az xəbər verir ki, mövsümə fırtına kimi başlayan “Fənərbaxça” son turlarda baş girələməklə məşğuldu. Son 5 oyunun dördündə uduzmağa başqa ad tapmaq çətindi. “Sarı-lacivərdlilər” hesabat turunda evdə autsayderlərdən “Partizan”a uduzmaqla azarkeşlərini məyus etdi. Açıq fərqlə lider olan İstanbul klubu indi artıq zirvəyə aşağıdan yuxarı baxır.
Türkiyənin digər təmsilçisi “Efes” evdə “Panatinaikos”la qarşılaşdı. Son 5 oyunun üçündə qalib gələn, ikisində uduzan “pivəçilər” bu dəfə yunanlar önündə çətinlik çəkmədi.