• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə tarixində 6-cı, ardıcıl 3-cü dəfə AÇ-də!

AÇ

17-10-2023, 22:0

Latviya hər nə qədər Türkiyə üçün çətin, daha dəqiq desək, uğursuz rəqiblərdən olsa da, Xorvatiya üzərindəki tarixi qələbədən sonra ruhlanan türklərin bu matçda büdrəyəcəyi inandırıcı görünmürdü.

“Football-plus.az” xəbər verir ki, Montella xorvatlarla oyunla müqayisədə heyətdə yalnız bir dəyişiklik edərək İrfan Can Kahvecinin əvəzinə Yunus Akgünə şans vermişdi. Onun bu qərarı yenə də özünü doğrultdu. Yunus ilk yarının ortalarında topu tora göndərsə də, qol ofsayd üzündən keçərli olmadı. Ümumiyyətlə, böyük azarkeş dəstəyinə malik olan meydan sahibləri ilk yarıda rəqibə göz açmağa imkan vermədi. Türkiyə fasiləyə qədər çox rahat şəkildə ən azı 2-3 qol vurmağa borclu idi. Amma 2-ci hissədə haqq-ədalət yerini tapdı. Cenk Özkacarın sol cinahdan ötürməsini cərimə meydançasında qəbul edən Yunus mükəmməl zərbə ilə topu uzaq küncə göndərdi. Hərçənd qoldan sonra matçın axarı dəyişdi. Üstünlüyü ələ alan Latviya Uğurcanın qapısı önündə ciddi təhlükələr yaratdı. Əvvəlcə Salih Özcan topu qapı xəttindən uzaqlaşdırdı. İkinci təhlükə zamanı Uğurcan əla oynadı. 3-cü təhlükədə isə Türkiyəni tir xilas etdi. Matçın qırılma anı 83-cü dəqiqəyə təsadüf etdi. Montellanın kəşfi, xorvatlarla oyunda da əla təsir bağışlayan mərkəz müdafiəçisi Samet Akaydının asmasından sonra Cenk Tosun başla topu tora göndərdi. Bu qoldan sonra geridönüşün mümkün olmayacağını anlayan qonaqlar “ağ bayraq qaldırdı”. Türkiyə qalan müddətdə Kərəm və Cenk ilə daha 2 qol vuraraq 2023-cü ildəki ən böyükhesablı qələbəsini qazandı. Ən əsası bu nəticə ilə Türkiyə AÇ-2024-ə vəsiqəni rəsmiləşdirdi! Düzdü, Uelsin Xorvatiya ilə görüşdə qazandığı sürpriz qələbə qrupda vəziyyəti bir qədər qarışdırdı. Amma Türkiyə üçün ən pis ssenari sonda 3 komandanın qrupu 16 xalla başa vurması olacaq. Bu təqdirdə Xorvatiya, Uels və Türkiyənin öz aralarındakı oyunlarda toplanılan xallar əsas götürüləcək. Uelsin son turda öz meydanında Türkiyəni yenəcəyini fərz etsək, Uels qrupu lider, qardaş ölkə isə 2-ci pillədə tamamlayacaq. Çünki Uels bu üçlü mübarizədə 7, Türkiyə 6, Xorvatiya 4 xal toplamış olacaq.

D qrupu, 8-ci tur
Türkiyə - Latviya 4:0 (0:0)
Türkiyə: Uğurcan Çakır, Fərdi Kadıoğlu (Zəki Çəlik, 46), Samet Akaydın, Əbdülkərim Bardakcı, Cenk Özkacar, İsmayıl Yüksək, Salih Özcan (Berkan Kutlu, 68), Yunus Akgün (Yusuf Sarı, 76), Hakan Çalhanoğlu (Kaan Ayhan, 86), Kərəm Aktürkoğlu, Barış Alpər Yılmaz (Cenk Tosun, 76).
Latviya: Ozols, Savalnieks, Dubra, Balodis, Tsıqanik, Tobers, Savelyev (Emsis, 46), Yaunzems, Y.İkaunieks, Daşkevic (Krollis, 59), Uldrikis (Reqza, 75).
Qollar: Yunus Akgün, 58 (1:0). Cenk Tosun, 83 (2:0). Kərəm Aktürkoğlu, 87 (3:0). Cenk Tosun, 90+2 (4:0).
Vərəqələr: Salih Özcan, 17. Emsis, 49. Ozols, 51. Daşkeviç, 56. Əbdülkərim Bardakcı, 64. Tobers, 64. Kərəm Aktürkoğlu, 64 – sarı.
Hakim: Enes Yorqi (Albaniya).
15 oktyabr. Konya. 35925 tamaşaçı.
Uels – Xorvatiya 2:1 (0:0)
Uels: Uord, Roberts, Rodon, Mefam, Devis, Ampadu, Uillyams, C.Ceyms, Uilson (Broadhed, 81), Bruks (D.Ceyms, 57), Mur.
Xorvatiya: Livakoviç, Stanişiç (Yuranoviç, 46), Vida, Qvardiol, Barışiç (Sosa, 59), Brozoviç, Kovaçiç, Modriç, Mayer, Brekalo (Paşaliç, 46), Musa (Belyo, 46).
Qollar: Uilson, 47 (1:0). Uilson, 60 (2:0). Paşaliç, 75 (2:1).
Vərəqələr: Vida, 21. C.Ceyms, 86. Brozoviç, 89 – sarı.
Hakim: Davide Massa (İtaliya).
15 oktyabr. Kardiff. 31240 tamaşaçı.
1. Türkiyə 7 5 1 1 13-6 16
2. Uels 6 3 1 2 8-8 10
3. Xorvatiya 6 3 1 2 10-4 10
4. Ermənistan 6 2 1 3 8-9 7
5. Latviya 7 1 0 6 5-17 3
18 noyabr: Latviya – Xorvatiya, Ermənistan – Uels.

Faktlar
* Türkiyə tarixində 620-ci oyununu keçirdi və 241-ci qələbəsini qazandı (146 heç-heçə, 233 məğlubiyyət, top fərqi – 847:885).
* Türkiyə tarixində Latviyaya qarşı keçirdiyi 10-cu oyunda ilk dəfə 4 qol vurdu və ilk dəfə qapısını toxunulmaz saxladı. Bundan başqa, Türkiyə Latviyaya qarşı 4-cü ev oyununda ilk qələbəsini qazandı. Buna qədər bu komandaların Türkiyədə keçirilən hər 3 oyununda bərabərlik qeydə alınmışdı.
* Türkiyə tarixində 6-cı, ardıcıl 3-cü dəfə AÇ-yə vəsiqə qazandı.
* Montella Türkiyəni AÇ-nin final mərhələsinə daşıyan ilk əcnəbi mütəxəssis kimi tarixə düşdü! Qardaş ölkə buna qədər AÇ-1996, AÇ-2008 və AÇ-2016-ya Fatih Terim, AÇ-2000-ə Mustafa Dənizli və AÇ-2020-yə Şenol Günəşlə vəsiqə qazanmışdı. Maraqlıdı ki, Türkiyə tarixindəki ilk nəhəng turnir olan DÇ-1954-ə də italiyalı Sandro Puppo ilə yollanmışdı. Başqa sözlə desək, Türkiyəni indiyə qədər nəhəng turnirlərə yalnız yerli və italiyalı məşqçilər daşıyıb!
* Cenk Tosun Türkiyə yığmasında vurduğu qolların sayını 20-yə çatdırdı. O, hesabında 19 qol olan Mətin Oktay, Cəmil Turan və Nihat Kahvecini geridə qoyaraq yığma komandanın tarixindəki ən məhsuldar oyunçuların siyahısında 5-ci pilləyə yüksəldi. Siyahıya 51 qolla Hakan Şükür başçılıq edir.

Oyundan sonra
Vinçentso Montella, Türkiyə yığmasının baş məşqçisi: “Mənim üçün çox özəl bir gündü. Bu komandanın və bu futbolçuların baş məşqçisi olmağımla qürur duyuram. Həm qalib gəlməyimiz, həm də AÇ-yə vəsiqə qazanmağımız məni çox sevindirdi. Baş məşqçi kimi futbolçularla ünsiyyət qurmaq baxımından inkişaf elədiyimi düşünürəm. Vacib məqamda birləşməyi bacardıq. Nəticəni futbolçular qazandı. Düzdü, çatışmayan cəhətlərimizi də gördük. Xüsusilə də 1:0-dan sonra tempimiz aşağı düşdü və geri çəkildik. Bu məqamların üzərində mütləq işləyəcəyik. Fanatlarımızı da təbrik edirəm. Bizə inanılmaz dəstək verdilər. Çətinlik çəkdiyimiz anlarda özlərini bizim 12-ci oyunçumuz kimi apardılar. İndi diqqətimizi digər oyunlara yönəldəcəyik. Qrupu lider kimi tamamlamaq istəyirik. Final mərhələsindəki rəqiblərimiz barədə düşünməmişəm. İştah diş altındadı. Orda hətta çempionluq üçün də oynaya bilərik”.

Dainis Kazakeviç, Latviyanın baş məşqçisi: “2-ci qol oyunun qırılma anı oldu. Ümumiyyətlə, qarşılaşmanı iki hissəyə bölmək daha düzgün olar. Birinci hissə 80-ci dəqiqəyə qədər olan bölüm, ikinci hissə 80-ci dəqiqədən sonrakı bölüm. Zaman-zaman Türkiyə bizə çətin anlar yaşatdı. Yığcam müdafiə olunmağa çalışırdıq. Pis-yaxşı 80-ci dəqiqəyə qədər oyunda qaldıq. Ondan sonra həm fiziki, həm də psixoloji cəhətdən tükəndik. İkinci hissənin gedişində üstünlüyün bizim tərəfimizə keçdiyi anlar var idi. Həmin məqamda qol vura bilsəydik, yekun nəticə fərqli olardı. Son 2 qola görə oyunçularımı günahlandıra bilmərəm. Artıq həvəsdən düşmüşdülər”.

Robert Peyc, Uels yığmasının baş məşqçisi: “Komanda mənim dönəmimdə ən yaxşı oyunlarından birini keçirdi. Düzdü, Xorvatiyaya qarşı səfərdə də çox mühüm xal qazanmışdıq. Amma bugünkü oyun tam başqa aləmdi. Matçın böyük hissəsində topsuz oynamalı olacağımızı bilirdik. Xorvatiya topa nəzarət etməyi xoşlayır. Oyun üçün seçdiyimiz plan özünü doğrultdu. Kardiffdə unudulmaz və tarixi bir gecə yaşadıq. Uilson həmişə bu komanda üçün dəyərli futbolçulardan olub. Sadəcə, o özü və etdikləri çox vaxt kölgədə qalırdı. Özünü göstərə bildiyi üçün şadam. Bu qələbə ilə qrupdakı durumumuzu xeyli yaxşılaşdırdıq. Növbəti oyunumuzu indidən səbirsizliklə gözləyirik”.

Zlatko Daliç, Xorvatiya yığmasının baş məşqçisi: “Ardıcıl iki məğlubiyyət yaşayacağımızı gözləmirdik. Qrupdakı vəziyyətimiz qəlizləşdi. Uels şəxsi oyunlarda bizdən üstündü və artıq taleyimiz öz əlimizdə olmayacaq. Amma ümidimizi itirməməli və bundan sonra heç olmasa, üzərimizə düşəni etməliyik. Türkiyə ilə oyunda olduğu kimi, bu dəfə də zəif təsir bağışladıq. İstəkli deyildik. Demək olar ki, qol vəziyyəti yarada bilmədik. Uelsin sərt və aqressiv oyununa lazımi səviyyədə cavab verə bilmədik. Məğlubiyyətə layiq oyun sərgilədik”.

Paylaş:
Digər xəbərlər

Reportaj / Çempionlar Liqası

20-07-2023, 13:0

"Qarabağ" darmadağınla Polşa çempionuna rəqib oldu - REPORTAJ

AÇ

14-09-2023, 21:0

Xorvatiyaya İrəvanda 1 qol kifayət etdi

Dünya futbolu

10-10-2023, 11:0

Montella yığmaya daha bir debütant dəvət etdi

Dünya futbolu

13-08-2022, 14:0

“Qalatasaray”ın Yunus Akgün planı

Reportaj

27-07-2023, 17:0

“Qalatasaray”ın yeni ÇL macərası bərabərliklə başladı - REPORTAJ

Dünya futbolu

31-08-2023, 23:0

Okan Buruk daha bir rekord müəyyənləşdirdi - REPORTAJ

Aktual
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
UEFA-nın əməkdaşı Tovuza gəldi, qərar verməyib getdi
“Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
Son xəbərlər
  • Bu gün, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Bu gün, 10:52
    "Şimal", yoxsa "Qaradağ Lökbatan"?
  • Bu gün, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Bu gün, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • Dünən, 23:59
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 23:35
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • Dünən, 23:19
    Parislilərə parad qadağası
  • Dünən, 22:36
    Qitə çempionunda “Real”lı yoxdu!
  • Dünən, 21:46
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • Dünən, 21:15
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • Dünən, 20:44
    Alleqri gözlənilən aqibəti yaşadı
  • Dünən, 20:13
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
  • Dünən, 19:42
    UEFA-nın əməkdaşı Tovuza gəldi, qərar verməyib getdi
  • Dünən, 19:15
    "Neftçi" üç legioneriylə vidalaşdı - Abubakar da getdi
  • Dünən, 18:44
    Bundesliqada çempion olmuş komanda aşağı liqaya yuvarlandı!
  • Dünən, 18:13
    Konte hansı klubun başına keçəcək?
  • Dünən, 17:42
    “Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
  • Dünən, 17:22
    Fransa klubunda gözləniməz istefa
  • Dünən, 16:51
    "Sabah" Nicatla yola davam etmədi
  • Dünən, 16:20
    Pasportu oğurlandı, məşqlərdən kənarda qaldı
  • Dünən, 15:59
    “Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
  • Dünən, 15:38
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 15:16
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 14:55
    Mövsümün ən yaxşı gənc futbolçusu seçildi
  • Dünən, 14:24
    Qadın millimizin heyəti açıqlandı
  • Dünən, 13:53
    "Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
  • Dünən, 13:22
    "Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
  • Dünən, 12:51
    Usik Həbibi seçdi
  • Dünən, 12:20
    Acun ''Hall Siti''ni Las Veqasa aparacaq
  • Dünən, 12:12
    Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
  • Dünən, 11:59
    Əfran İsmayılov "Şəfa"da vitse-prezident oldu
  • Dünən, 11:38
    Murad Məmmədov "Pafos"da! - "Neftçi" elan etdi
  • Dünən, 11:17
    "Şahdağ Qusar" baş məşqçi və köməkçiləri ilə yolları ayırdı
  • Dünən, 10:56
    ''Borussiya'' türkiyəli oyunçu ilə rəsmən vidalaşdı
  • Dünən, 10:25
    "Sumqayıt" Saşa İliçi yola saldı - RƏSMİ
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 199
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Oxunub: 187
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 174
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə