• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Okan Buruk daha bir rekord müəyyənləşdirdi - REPORTAJ

Dünya futbolu

31-08-2023, 23:0

Okan Buruk ilk oyunla müqayisədə start heyətində üç dəyişiklik etmişdi.

“Football-plus.az” xəbər verir ki, Berkan Kutlu ilə Oliveyra ehtiyatda qalmışdısa, “Lester”ə transfer olunan Yunus Akgünün adı iştirak ərizəsinə salınmamışdı. Bu futbolçuları uyğun olaraq Torreyra, Kərəm Dəmirbay və Tete əvəzləmişdi. “Qalatasaray” üçün oyun yaxşı başladı. Artıq 7-ci dəqiqədə İkardi özü qazandığı penaltini dəqiq yerinə yetirdi. Təcrübəli forvard bununla da son 4 rəsmi oyunda 5-ci qolunu vurdu. Bundan sonra temp bir qədər aşağı düşdü. Ümumilikdə 2 top öndə olan “Cim-Bom” irəli getməyə tələsmirdi. Üstünlük əsasən “Molde”nin tərəfində olsa da, Musleranın qapısı önündə nadir hallarda təhlükə yaranırdı. Ururqvaylı qapıçı ilk yarıda yalnız bir dəfə - 30-cu dəqiqədə oyuna ciddi şəkildə qoşulmalı olaraq Hestadın yaxın məsafədən zərbəsi zamanı komandasını xilas etdi. “Qalatasaray” bundan əvvəlki iki mərhələdə ev oyunlarında ilk yarılarda vurduğu qollardan sonra müdafiədə etibarlı təsir bağışlayaraq qələbə hesabını qoruya bilmişdi. Amma bu dəfə bunu etmək mümkün olmadı. İkinci yarının ortalarına doğru təzyiqi artıran “Molde” Hestadla bərabərlik qolunu vurdu. Bu qoldan sonra Türkiyə çempionu təlaşa düşdü. Düzdü, Okan Burukun komandası əks-hücumlarda bir neçə dəfə yaxşı fürsət yaxaladı. Amma xüsusən Kərəm Aktüroğlunun son ötürmələri dəqiq olmurdu. 81-ci dəqiqədə “Rams Park”a toplaşan 50 minə yaxın azarkeşin ürəyi ağzına gəldi. Çünki Berişa qonaqları hesabda önə keçirdi. Amma VAR-ın müdaxiləsində sonra qol ofsayd üzündən qeydə alınmadı. Norveç çempionu son anları hücumda keçirdi. Amma qolu “Qalatasaray” vurdu. Əsas vaxta əlavə olunan 3-cü dəqiqədə Anxelinyonun cərimə zərbəsi zamanı top “canlı sədd”ə dayanan oyunçuya dəyərək istiqamətini dəyişdi və tora daxil oldu. İlk oyunda Oliveyra da cərimə zərbəsindən buna bənzər qol vurmuşdu. Beləliklə, “Qalatasaray”ın 3 mövsümlük həsrəti başa çatdı və komanda 2019/20-dən bəri ilk, tarixində isə 17-ci dəfə ÇL-in qrupuna vəsiqə qazandı. “Sarı-qırmızılar”ın bu qələbəsi sayəsində Türkiyə əmsallar cədvəlində Şotlandiyanı da geridə qoyaraq 9-cu pilləyə yüksəldi!

Xatırladaq ki, qardaş ölkə mövsümə 13-cü pillədə başlamışdı. Onu da bildirək ki, bu gün keçirilən püşkatma mərasimində “Qalatasaray” 4-cü səbətdə yer alıb.

pley-off, cavab görüşü
Qalatasaray – Molde (Norveç) 2:1 (ilk oyun – 3:2)
İkardi, 7-p. Anxelinyo, 90+3 – Hestad, 66.
Qalatasaray: Muslera, Boe, Nelsson, Əbdülkərim Bardakcı, Anxelinyo, Torreyra, Kərəm Dəmirbay (Berkan Kutlu, 90), Tete (Bakambu, 80), Mertens (Kaan Ayhan, 72), Kərəm Aktürkoğlu (Barış Alpər Yılmaz, 72), İkardi.
Faktlar
* “Qalatasaray” avrokuboklarda 308-ci oyununda 111-ci qələbəsini qazandı (82 heç-heçə, 115 məğlubiyyət, top fərqi – 413:453).
* “Qalatasaray” avrokuboklarda keçirdiyi son 18 oyunun yalnız birində məğlub olub (10 qələbə, 7 heç-heçə). Yeganə məğlubiyyət 2021/22-də AL-in 1/8 finalında “Barselona” ilə ev oyununda qeydə alınıb (1:2).
* “Qalatasaray” tarixində 17-ci dəfə ÇL-in qrup mərhələsinə vəsiqə qazandı. Maraqlıdı ki, Türkiyənin digər təmsilçiləri də ümumilikdə məhz 17 dəfə ÇL-in qrupunda oynayıblar (“Beşiktaş” 8, “Fənərbaxça” 6, “Trabzonspor”, “Bursaspor” və “İstanbul BŞ” hərəyə 1 dəfə)!
* “Qalatasaray” indiyə qədər 12 fərqli mövsümdə ÇL-in təsnifat mərhələsində mübarizə aparıb və bunlardan 10-da qrup mərhələsinə vəsiqə qazanmağı bacarıb. İstanbul nəhəngi yalnız 2008/09 və 2020/21 mövsümlərində təsnifat mərhələsini adlaya bilməyib.
* 10-cu dəfə ÇL-in təsnifatını uğurla başa vuran “Qalatasaray” bu göstəricidə 2-ci pillədə qərarlaşan “Rusenborq”a çatdı. Turnirin tarixində bu baxımdan yalnız Kiyev “Dinamo”su (15) hamını üstələyir.
* “Qalatasaray” ÇL-in təsnifat mərhələsi çərçivəsində keçirdiyi 32-ci oyunda 22-ci qələbəsini qazandı (7 heç-heçə, 3 məğlubiyyət).
* “Qalatasaray” son 15 ildə təsnifat mərhələsini uğurla keçərək ÇL-in qrupuna vəsiqə qazanan ilk Türkiyə təmsilçisi oldu! Sonuncu dəfə bunu 2008/09-da “Fənərbaxça” bacarmışdı.
* “Qalatasaray” avrokubokların pley-offunda ilk oyunda səfərdə qalib gəldiyi 15 halın hamısında mərhələni adlamağı bacarıb!
* “Qalatasaray” avrokuboklarda Norveç klublarına qarşı keçirdiyi 6-cı oyunda 3-cü qələbəsini qazandı (1 heç-heçə, 2 məğlubiyyət).
* “Qalatasaray” tarixində ilk dəfə avrokuboklarda ardıcıl 5 qələbə qazandı! Okan Buruk da uyğun olaraq klub tarixində bunu bacaran ilk məşqçi oldu. Buna qədər “Cim-Bom”un Avropada 2 dəfə - 2008-də Mihael Skibbe və 2009-da Frank Raykaardın başçılığı altında 4 oyunluq qələbə seriyası olmuşdu.
* İkardi ardıcıl 3-cü avrokubok oyununda qol vurmağı bacardı. Onun karyerasında sonuncu dəfə belə seriya 2019-un oktyabr-noyabrında PSJ-nin heyətində olub.

Paylaş:
Digər xəbərlər

Aktual

26-03-2023, 10:0

"Qalatasaray"ın "Qarabağ"la keçirəcəyi oyun üçün heyəti

Dünya futbolu

18-01-2023, 15:0

Okan Buruk rekordçular sırasında

Reportaj

27-07-2023, 17:0

“Qalatasaray”ın yeni ÇL macərası bərabərliklə başladı - REPORTAJ

Dünya futbolu

26-07-2022, 23:0

Seferoviçə və Falkaonun debütü arasında hansı bənzərlik var? - TƏHLİL

Çempionlar Liqası

17-08-2023, 22:0

“Qalatasaray” cavab oyununda da “Olimpiya”ya şans vermədi

Dünya futbolu

25-01-2023, 13:0

Okan Burukdan unikal göstərici

Aktual
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
“Bozqurd” yatmaz!
Duran “Seltik”in təlim-məşq toplanışına qatıldı! – o, “Qarabağ”a nə qədər qazandıracaq?
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Son xəbərlər
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Dünən, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Dünən, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Dünən, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Dünən, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Dünən, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Dünən, 14:11
    “Bozqurd” yatmaz!
  • Dünən, 13:59
    "Şəfa" fransalı futbolçu transfer etdi
  • Dünən, 13:47
    Vüsal Konfrans Liqasında uduzdu
  • Dünən, 13:20
    "Çempion olsaydıq, bu qədər dəyişiklik etməyə cəsarət tapa bilməzdik" - Tahir Gözəl
  • Dünən, 12:50
    “Seltik”də oynayan ilk kolumbiyalı olmaq mənim üçün böyük şərəfdi" - Duran
  • Dünən, 12:20
    Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
  • Dünən, 11:59
    Duran “Seltik”in təlim-məşq toplanışına qatıldı! – o, “Qarabağ”a nə qədər qazandıracaq?
  • Dünən, 11:47
    Millimiz bu gün İsveçlə qarşılaşacaq
  • Dünən, 11:07
    "Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
  • Dünən, 10:57
    “Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
  • Dünən, 10:25
    "Neftçi" Serbiya klubu ilə üz-üzə
  • Dünən, 10:00
    Azərbaycanın UEFA reytinqində əmsalı artdı
  • Dünən, 07:45
    Fransa yarımfinala çıxdı, Hakimi evə yollandı - DÇ gecəsi
  • 9-07-2026, 23:0
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • 9-07-2026, 23:0
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • 9-07-2026, 22:0
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 134
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Oxunub: 128
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə