• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray”ın yeni ÇL macərası bərabərliklə başladı - REPORTAJ

Reportaj

27-07-2023, 17:0

Okan Buruk mövsümün ilk rəsmi oyununda əlinin altındakı ən optimal heyəti meydana buraxaraq irəli ucda, gözlənildiyi kimi, Barış Alpər Yılmaza şans verdi.

Süni örtüklü meydanda keçirilən qarşılaşmaya “Qalatasaray” daha yaxşı başlasa da, müdafiə xəttinin inamsız təsir bağışlaması gözdən qaçmadı. “Jalgiris”in əsas qol silahı, nigeriyalı forvard Oyevusi ilk yarıda iki real fürsəti boşa verdi. Qonaqlardan isə Yunus Akgünün zərbəsindən sonra top dirəkdən döndüsə, Barış Alpər də gözəl şansı əldən verdi. 2-ci hissə sürpriz qolla başladı. 14 qolla Litva çempionatında bombardirlər yarışına başçılıq edən Oyevusi Nelssonun kobud səhvindən sonra topu ələ keçirərək Musleranı məyus etdi. Amma bu qoldan sonra “Cim-Bom”un üstünlüyü bir qədər də artmağa başladı. Sonradan meydana çıxan oyunçuların da inamlı təsir bağışlaması ilə “sarı-qırmızılar”ın təzyiqi, nəhayət, bəhrə verməyə başladı. 75-ci dəqiqədə Oliveyranın arxa dirəyə asması zamanı hücuma qoşulan mərkəz müdafiəçisi Əbdülkərim Bardakcı başla topu tora göndərdi. Cəmi 3 dəqiqə sonra “Qalatasaray” 2-ci qolu da vurdu. Mertensin zərbəsindən sonra qapıçı komandasını xilas etsə də, Xəlil Dərvişoğlu önünə düşən topu boş qapıya göndərməkdə çətinlik çəkmədi. Beləcə 432 gündən sonra “Qalatasaray” forması ilə meydana çıxan 23 yaşlı forvard qayıdışını qolla qeyd etdi. Amma qalan müddətdə inadkar “Jalgiris” yenə Musleranın qapısı önündə təhlükələr yarada bildi.

Əsas vaxta artırılan 1-ci dəqiqədə litvalı fanatlar ayağa qalxdı. Donatas Kazlauskas cinah asması zamanı bir toxunuşla topu tora göndərərək yekun nəticəni müəyyənləşdirdi. Sarı vərəqəsi olan 29 yaşlı futbolçu qol sevinci zamanı formasını çıxardığı üçün 2-ci sarı vərəqəni alaraq meydandan qovuldu və cavab oyunu ərəfəsində cəzalı duruma düşdü. Beləliklə, Türkiyə çempionunun builki ÇL macərası bərabərliklə start götürdü. Cavab oyunu avqustun 2-də İstanbulda keçiriləcək. Onu da bildirək ki, Türkiyə UEFA-nın əmsallar cədvəlində hazırda 12-ci pillədədi. Vilnüsdəki bərabərliklə “Qalatasaray” 0,5 əmsal qazandı. Türkiyənin bu il avrokuboklarda 4 təmsilçisi olduğu üçün bu əmsal 4 yerə bölündü. Yəni 0,125 əlavə olunmaqla Türkiyənin hazırda 26,725 əmsalı var. Türkiyə çempionunun 2025/26-da birbaşa ÇL-in qrupuna vəsiqə qazanması üçün qardaş ölkə bu mövsümü ilk “10-luq”da tamamlamalıdı.

2-ci təsnifat mərhələsi, ilk oyun
Jalqiris (Litva) – Qalatasaray 2:2
Oyevusi, 47. Kazlauskas, 90+1 – Əbdülkərim Bardakcı, 75. Xəlil Dərvişoğlu, 78.
Qalatasaray: Muslera, Boe, Nelsson, Əbdülkərim Bardakcı, Anxelinyo (Dyubua, 84), Berkan Kutlu (Midtşö, 62), Oliveyra, Yunus Akgün (Morutsan, 73), Zanyolo (Xəlil Dərvişoğlu, 73), Kərəm Aktürkoğlu, Barış Alpər Yılmaz (Mertens, 61).

Faktlar
* “Qalatasaray” avrokuboklarda 303-cü oyununa çıxdı və 82-ci dəfə bərabərə qaldı (106 qələbə, 115 məğlubiyyət, top fərqi – 403:450).
* “Qalatasaray” ÇL-in təsnifat mərhələsində ümumilikdə 27-ci oyununu keçirdi. Komanda bu oyunlardan 17 qələbə, 7 heç-heçə, 3 məğlubiyyətlə ayrılıb (top fərqi – 63:31).
* “Qalatasaray” indiyə qədər 11 fərqli mövsümdə ÇL-in təsnifatında oynayıb. İstanbul nəhəngi bu 11 mövsümün 9-da qrup mərhələsinə qədər irəliləməyi bacarıb. Komanda yalnız 2008/09 və 2021/22 mövsümlərində təsnifat mərhələsini aşa bilməyib.
* “Qalatasaray” tarixində ilk dəfə avrokuboklarda Litva təmsilçisi ilə üz-üzə gəldi.
* “Qalatasaray” mövsümdə ilk, “Jalgiris” isə 29-cu rəsmi oyununu keçirdi. Hazırda Vilnüs təmsilçisinin rəsmi matçlarda məğlubiyyətsiz seriyası 12 oyuna bərabərdi (8 qələbə, 4 heç-heçə).
* “Qalatasaray”ın avrokuboklarda səfərdəki məğlubiyyətsiz seriyası 7 oyuna yüksəldi (2 qələbə, 5 heç-heçə). Komanda Avropada son səfər məğlubiyyətini 2021-ci ilin iyulunda ÇL-in 2-ci təsnifat mərhələsi çərçivəsində PSV ilə görüşdə yaşayıb (1:5).

ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-07-2022, 15:0

''Qalatasaray'' 3-cü oyunda ilk qələbəsini qazandı

Dünya futbolu

14-07-2022, 15:0

"Qalatasaray"ın "Qəbələ"nin rəqibi ilə oyununda nələr yaşandı?

Dünya futbolu

10-07-2022, 17:0

“Qalatasaray”' toplanışa məğlubiyyətlə başladı

Dünya futbolu

30-08-2022, 15:0

"Qalatasaray"dan anti-rekord

Dünya futbolu

25-04-2023, 21:0

"Qalatasaray''da Qomislə bağlı qərar verildi

Dünya futbolu

28-07-2022, 13:0

Seferoviç ardıcıl ikinci oyunda qol vursa da…

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə