• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Qarabağ" darmadağınla Polşa çempionuna rəqib oldu - REPORTAJ

Reportaj / Çempionlar Liqası

20-07-2023, 13:0

"Qarabağ" səfərdə çətin qələbə qazanaraq işini 70-80 faiz həll etmişdi.

Düzdü, bir çoxları ağdamlıların Cəbəllütariq təmsilçisini asan üstələyəciyini düşünmürdü. "Köhlən atlar"ın BOS-da qələbəyə həsrət qalması da məsələni qəlizləşdirirdi. Qurban Qurbanov da ilk oyundakı heyətlə müqayisədə iki dəyişiklik etmişdi. "Rizəspor"a keçəcəyi deyilən Medina ilə gənc Nəriman ehtiyatda qalmışdı. Onların yerinə meydanda Bədavi və Benzya mübarizə aparırdı. Fransalının ilk "11-lik"də meydanda olması Andradenin sağ cinaha keçməsini şərtləndirmişdi.

Oyun ağdamlıların böyük üstünlüyü şəraitində başladı. İlk 5 dəqiqə ərzində top rəqib futbolçuların, demək olar ki, ayağına dəymədi. İlk qolu çox gözləmədik. 7-ci dəqiqədə ağdamlılar hesabı açdı. Sağ cinahdan Andradenin ötürməsini Zubir dəqiq zərbə ilə tamamladı. Qoldan sonra "köhlən atlar" hücumları davam etdirdi. 25-ci dəqiqəyə kimi qonaq komanda meydan sahiblərinin qapısı istiqamətində gələ bilmədi. Cəbəllütariq təmsilçisinin ilk hücumu isə yarım saatın tamamına təsadüf etdi. Mandinin zərbəsi qeyri-dəqiq alındı. Bu epizodda Elvinin səhvi və uşaq kimi aldanması da gözdən qaçmadı. Bundan sonra ağdamlılar yenə üstünlüyü ələ aldı. 32-ci dəqiqədə Benzyanın zərbəsinin qarşısını son anda qolkiper çətinliklə aldı. 38-ci dəqiqədə isə Cicanın başla qapadığı top Deylin üstünə getdi. Bir qədər sonra qolkiper yenə diqqət mərkəzinə düşdü - Andradenin zərbəsinin qarşısını aldı. İki dəqiqə sonra Benzyanın ideal ara ötürməsini Cica qapıya göndərsə də, top tirdən qayıtdı. Özünü yetirən fransalının zərbəsi qeyri-dəqiq alındı. "Qarabağ", nəhayət, hissənin sonunda istəyinə çatdı. Ardıcıl künc zərbələrindən sonra "Linkoln" tab gətirmədi. Veşoviçin ötürməsini Bəhlul başla qapıya göndərdi. Qoldan sonra oyuna mərkəzdən başlayan Kikenin topu birbaşa qapıya göndərmək istəməsi də maraqlı cəhd idi. Beləliklə, ilk yarı “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatdı.

İkinci hissəyə də ağdamlılar üstün başladı. Yenə azarkeşlər qol üçün uzun müddət gözləmədi. 49-cu dəqiqədə tabloda hesab dəyişdi. Cica Leandronun ötürməsindən sonra topu tora göndərdi. Düzdü, əvvəlcə yan xətt hakimi bayrağını havaya qaldırdı. Lakin VAR-ın müdaxiləsindən sonra qol qeydə alındı.

60-cı dəqiqəyə kimi ağdamlılar rəqibin rahat oynamasına imkan vermədi. Bəzən qonaqlar əks-hücumlarda nəsə etməyə çalışırdı. 61-ci dəqiqədə Brittonun zərbəsinin qarşısını Şahruddin rahat aldı. Az sonra isə ağdamlılar fərqi artırdı. Zubirin ötürməsini Yankoviç qüvvətli zərbə ilə tora qovuşdurdu.

Hesab 4:0 olandan sonra “Qarabağ” çox rahat oynamağa başladı. Qurban Qurbanov da vəziyyətin belə olduğunu görərək ehtiyatda olan 3 futbolçunu meydana buraxdı. Artıq hücum xətti tam dəyişmişdi. Keyta solda, Diakabi sağda, Nəriman mərkəzdə mübarizə aparırdı. Tural isə uzun müddətdən sonra rəsmi matçda müdafiənin sağında oynayırdı. Qarşılaşmanın sonuna kimi hər iki komanda cəhdlər etsə də, fərqlənmək mümkün olmadı. Beləliklə, “Qarabağ” "Linkoln Red İmps"i ümumilikdə 6:1 hesabıyla məğlub edərək mərhələ adladı. Cəbəllütariq çempionu "Qarabağ"dan həm güc, həm də səviyyə baxımından aşkar zəif idi. Qurbanovun komandasının əsl gücü Polşa çempionu "Rakuv"la oyunlarda bilinəcək. İlk oyun iyulun 26-da səfərdə keçiriləcək.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

13-07-2023, 15:0

“Cırtdan” “Qarabağ”ın əsəbləriylə oynadı - REPORTAJ

Premyer-liqa / Reportaj

4-05-2023, 12:0

Neftçi" 4-cü cəhddə də "Qarabağ"ı məğlub edə bilmədi - REPORTAJ

Premyer-liqa / Manşet

7-02-2023, 18:0

“Kəpəz” – “Qarabağ” matçında nələr yaşandı? – REPORTAJ

Premyer-liqa / Reportaj

9-05-2023, 17:0

“Qarabağ” kubokun finalçısını darmadağın etdi - REPORTAJ

Ölkə futbolu

10-02-2023, 13:0

“Qarabağ” həm “Sabah”ı, həm də “Gent”i məğlub etmək gücündədi - TƏHLİL

Ölkə futbolu / Manşet

19-05-2023, 14:0

“Qarabağ”ın yeganə rəqibi “Sabah” idi - TƏHLİL

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 216
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 202
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə