A seriyasının “Udineze” ilə matçında 2:0 hesablı qələbə “Milan”a itki hesabına başa gəlib.
"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi Ruben Loftus-Çik zədə səbəbindən sıradan çıxıb. İngiltərəli futbolçu sol budunun daxili əzələsindən zədə alıb. Müayinə zamanı onun əzələsində yırtıq aşkarlanıb. Loftus-Çikin vəziyyəti iki həftə sonra yenidən qiymətləndiriləcək. Onun ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
“Milan” oktyabrın 28-də “Bolonya”nı qəbul edəcək, oktyabrın 31-də isə “İnter”lə qarşılaşacaq. Başqa sözlə, Ruben derbini kənardan izləyəcək.
Derbini kənardan izləyəcək
Dünya futbolu





