Boksçularımızın Avropa çempionatlarında medal sayı 25-ə çatdı

28.10.2026 18:21 18
İdman
Boksçularımız 2026-cı ildə Avropa çempionatlarında uğurlu çıxışlarını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, milli komandalarımız qatıldıqları 4 qitə birinciliyində ümumilikdə 25 medal qazanıblar. Mükafatların 5-i qızıl, 8-i gümüş, 12-si bürünc əyarlıdır.

Komandalar arasında ən çox medalı böyük potensial vəd edən U-15 millimiz qazanıb. Boksçular Trabzonda yeni başa çatan Avropa çempionatında 10 dəfə fəxri kürsüyə yüksəlib. U-17 qitə birinciliyini 8 medalla başa vurub.

Böyüklərdən ibarət yığmamız isə analoji yarışda rekord nəticə göstərərək 5 medal qazanıb. Hər iki komandanın 2 idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycan Himnini səsləndirib.

U-19 millimizin Avropa çempionatındakı qazancı isə 2 medal olub.

Beləliklə, boksçularımız 2026-cı ildə qatıldıqları bütün Avropa çempionatlarında medal qazanaraq ölkəmizi uğurla təmsil edib. Komandalar bu yarışların 3-də medal əyarına görə ilk “altılıq”da yer alıblar.