"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında 4 qol

14.10.2023 19:17 301
Premyer-liqa
Milli komandaların oyunları ilə əlaqədar olaraq premyer-liqada yaranmış fasilədən istifadə edən "Araz-Naxçıvan" hazırlıq oyunu keçirib.

"Football-plus.az" xəbər verir ki, Muxtar Respublika təmsilçisi "Turan Tovuz"la üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, 9 turdan sonra "Araz-Naxçıvan" 4-cü, "Turan Tovuz" isə 6-cı pillədə qərarlaşıb.