“Araz-Naxçıvan” “Turan Tovuz”la qarşılaşacaq

8.10.2023 13:52 212
Premyer-liqa
Milli komandanın Estoniya və Avstriya yığmaları ilə keçirəcəyi oyunlarla əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” futbolçularına 3 günlük istirahət verib.

“Football-plus.az” xəbər verir ki, komanda üzvləri oktyabrın 11-də toplaşacaq və məşqlərini Bakıda davam etdirəcək. Oktyabrın 14-də yoldaşlıq oyunu keçirəcək komanda “Turan Tovuz”la qarşılaşacaq. Görüşün keçiriləcəyi məkan və başlama saatı barədə məlumat veriləcək.