“Turan Tovuz” tarixində ilkə imza atıb.
"Football-plus.az" PFL-ə istinadən xəbər verir ki, Ayxan Abbasovun yetirmələri buna Misli premyer-liqasının 1-ci turunda nail olub.
Tovuz təmsilçisi “Araz-Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib. Bu, klubun tarixində premyer-liqada səfərdəki ilk böyükhesablı qələbə olub. Buna qədər qərblilər yalnız bir dəfə rəqib meydanında 3 qol vurub.
Mayın 1-də “Zirə”ni 3:1 hesabı ilə yenən “Turan Tovuz” bu dəfə səfərdə qapısını da toxunulmaz saxlayıb. Qeyd edək ki, “Araz-Naxçıvan” “Turan Tovuz”u Bakıdakı “Dalğa Arena”da qəbul edib.