• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fluminense”nin 13 oyunluq seriyası qırıldı – TURUN ŞƏRHİ

Dünya futbolu

13-10-2023, 20:0

Braziliya çempionatında 26-cı turun oyunlarından sonra çempionluq yarışında intriqa bir qədər də zəiflədi.

"Football-plus.az" xəbər verir ki, tur lider üçün ikiqat düşərli oldu: “Botafoqo” qalib gəldi, tura 2-8-ci yerlərdə başlayan 7 komanda isə hesabına ümumilikdə yalnız 3 xal yaza bildi. Nəticədə liderlə əsas izləyicisi arasındakı xal fərqi 7-dən 9-a çatdı.

“Botafoqo”nun son həftələr enişdə olması, əvvəlki 4 matçda yalnız 1 xal qazanmaqla mövqeyini şübhə altına salması Bruno Lajenin aqibətini müəyyənləşdirib. Rio de janeyroluların 25-ci turda “Qoyas”dan öz meydanında yalnız bir xal (1:1) ala bilməsi rəhbərliyi adekvat addım atmağa vadar edib: 47 yaşlı portuqaliyalı mütəxəssis istefaya göndərilib. Başqa sözlə, Lajenin baş məşqçi kimi fəaliyyəti yalnız təxminən üç ay çəkib. Komandanı növbəti oyuna Lusio Flavio çıxarmalı oldu. Baş məşqçinin səlahiyyətlərini müvəqqəti yerinə yetirən 44 yaşlı mütəxəssisin işi heç də asan deyildi. Lider səfərdə “Fluminense” ilə qarşılaşdı. Fernando Dinizin komandası isə bu mövsüm evdə uduzmamışdı: “Flu” liderlə prinsipial görüşə qədər əvvəlki adı “Marakana” olan stadionda keçirdiyi 13 matçdan 10 qələbə və 3 heç-heçə ilə ayrılmışdı. Gözlənildiyi kimi, Rio de Janeyro derbisi ev sahiblərinin üstünlüyü şəraitində keçdi. “Fluminense” bütün oyun komponentlərində rəqibi üstələdi. Lakin ev sahiblərinin əksər zərbələri hədəfdən yan keçirdi. Tərəflər oyun ərzində qapıya hərəyə 5 dəqiq zərbə endirdilər. Bu 10 zərbədən ikisi qolla nəticələndi. Hər iki halda hesabı qonaqlar dəyişdilər: Junior Santos ilə Tikinyo Soares iki dəqiqə ərzində “Botafoqo”ya əhəmiyyətli üstünlük qazandırdılar. 32 yaşlı hücumçu Tikinyo Soares bu mövsüm A seriyasında 15-ci qolunu vurmaqla bombardirlərin siyahısında liderliyini bir qədər də möhkəmləndirdi. Onun komandası isə derbidə 4 oyunluq qələbəsiz seriyaya son qoyaraq mövqeyini gücləndirdi.

“Botafoqo” indi əsas izləyicisini 9 xal qabaqlayır. Ona görə ki, tura 2-ci yerdə başlayan “Braqantino” iki xal itirdi. Ardıcıl 3 qələbə qazanaraq son həftələr yüksəlişdə olan Pedro Kayşinyanın çalışdırdığı komanda səfərdə “Atletiko Paranaense” ilə 1:1 hesablı heç-heçəyə razılaşdı. Amma qələbə seriyasının qırılması “Braqantino”nun mövqeyinə təsir etmədi.

Hesabat turu ərəfəsində hərəyə 44 xal toplayan komandalar məğlub oldular. “Qremio” səfərdə “İnternasyonal”a 2:3 hesabıyla uduzdu. Matçda son nöqtəni 74-cü dəqiqədə Luis Suares qoydu. A seriyasında keçirdiyi 22-ci oyunda 9-cu qolunu vuran 36 yaşlı uruqvaylı hücumçunun bu liqada 6 dəfə assistentlik etdiyini də bildirək. Renato Qauşunun komandası xal qazana bilməsə də, 3-cü yerdə qaldı.

Ona görə ki, “Qremio”dan qələbə sayına əsasən geri qalan “Palmeyras” da uduzdu. Qeyd edək ki, son günlər əsas diqqətini Libertadores Kubokunun oyunlarına yönəldən Abel Ferreyranın komandası A seriyasında ardıcıl iki məğlubiyyətlə 4-cü yerə düşmüşdü. “Santos”la ev oyunu da san paululular üçün uğursuz alındı. Hesabı onlar açsalar da, iki top buraxaraq növbəti dəfə uduzdular. Ardıcıl üçüncü məğlubiyyətlə son çempionun 4-cü yerdəki mövqeyinə təsir etmədi. Amma reallıq budur ki, “Palmeyras” indi liderdən 11 xal geri qalır.

“Flamenqo” turu bir xalla başa vurdu. Qeyd edək ki, Xorxe Sampaoli istefaya göndərildiyi üçün komandanı “Korintians” ilə oyuna da müvəqqəti məşqçi çıxardı. 1:1 hesablı heç-heçə rio de janeyroluların 5-ci yerdə qalmasına şərait yaratdı.

26-cı tur
Fluminense - Botafoqo RJ 0:2
Junior Santos, 20. Tikinyo Soares, 22.
Atletiko Paranaense – Braqantino 1:1
Pablo, 40 – Erik Ramires, 34.
İnternasyonal - Qremio 3:2
Valensiya, 6. Vanderson, 49. Alan Patrik, 70 – Joao Pedro, 67. Suares, 74.
Palmeyras - Santos 1:2
Ze Rafael, 43 – Rinkon, 45+1. Markos Leonardo, 70.
Korintians - Flamenqo 1:1
Fabio Santos, 79-p. – Jerson, 54.
Qoyas - Bayya 4:6
Gilyerme Markes, 27; 45+2-p. Mateus Babi, 45+4. Joao Maqno, 52 – Everaldo, 15; 37; 53. Jilberto, 18. Rafael Ratao, 56. Byel, 90+5.
Vasku da Qama - San Paulu 0:0
Atletiko Mineyro – Koritiba 1:2
Halk, 59 – Mateus Byanki, 64. Slimani, 90+1.
Fortaleza - Amerika Mineyro 3:2
Lusero, 31. Maçuka, 56. Bruno Paçeko, 68 – Mastriani, 18-p.; 23.
“Kuyaba” – “Kruzeyro” oyunu oktyabrın 15-nə təxirə salınıb.

1. Botafoqo RJ 26 17 4 5 42-16 55
2. Braqantino 26 12 10 4 36-23 46
3. Qremio 26 13 5 8 42-35 44
4. Palmeyras 26 12 8 6 40-22 44
5. Flamenqo 26 12 8 6 38-31 44
6. Fortaleza 26 12 6 8 33-26 42
7. Fluminense 26 12 5 9 34-31 41
8. Atletiko Paranaense 26 11 8 7 38-30 41
9. Atletiko Mineyro 26 11 7 8 30-21 40
10. San Paulu 26 9 8 9 31-27 35
11. Kuyaba 25 9 5 11 26-30 32
12. İnternasyonal 26 8 8 10 23-31 32
13. Korintians 26 7 10 9 30-32 31
14. Santos 26 8 6 12 29-42 30
15. Kruzeyro 25 7 9 9 24-22 30
16. Bayya 26 7 7 12 34-38 28
17. Vasku da Qama 26 7 6 13 27-38 27
18. Qoyas 26 6 9 11 25-37 27
19. Koritiba 26 5 5 16 29-54 20
20. Amerika Mineyro 26 4 6 16 29-54 18
Bombardirlər: Tikinyo Soares (Botafoqo RJ) - 15, Markos Leonardo (Santos) – 12, Vitor Roke (Atletiko Paranaense) - 11.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

31-08-2023, 21:0

Liderin evdəki seriyası 11-ə çatdı - TURUN ŞƏRHİ

Dünya futbolu

8-09-2023, 23:0

“Botafoqo” və Lajenin seriyaları qırıldı! – TURUN ŞƏRHİ

Dünya futbolu

14-07-2023, 23:0

Laje “Botafoqo”da qələbə ilə debüt etdi – TURUN ŞƏRHİ

Dünya futbolu

27-07-2023, 23:0

“Botafoqo” ilk dəfə heç-heçəyə razılaşdı – TURUN ŞƏRHİ

Dünya futbolu

3-08-2023, 20:0

“Botafoqo” fərqi 12 xala çıxardı – TURUN ŞƏRHİ

Dünya futbolu

22-09-2023, 18:0

Lider ardıcıl ikinci dəfə uduzdu, son çempion bundan maksimum yararlandı – TURUN ŞƏRHİ

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Dünən, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Dünən, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Dünən, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Dünən, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Dünən, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Dünən, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Dünən, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Dünən, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Dünən, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Dünən, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • 28-07-2026, 23:0
    İngiltərədə klubunu dəyişəcək
  • 28-07-2026, 23:0
    “Sabah” və Mikels 10-a çatdı
Daha çox
Oxunub: 273
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 205
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə