• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Lider ardıcıl ikinci dəfə uduzdu, son çempion bundan maksimum yararlandı – TURUN ŞƏRHİ

Dünya futbolu

22-09-2023, 18:0

Braziliya çempionatında sentyabrın 14-17-si aralığında keçirilən 23-ci tur “Palmeyras” üçün çox düşərli oldu.

"Football-plus.az" xəbər verir ki, tur lider “Botafoqo”nun ardıcıl ikinci dəfə məğlub olması ilə daha çox yadda qaldı. Əsas izləyicisi bundan maksimum yararlanaraq xal fərqini azaltdı.

22-ci turda “Flamenqo” ilə derbidə uduzan (1:2) liderin bu mövsüm “Nilton Santos” stadionunda keçirdiyi 11 oyunluq qələbə seriyası qırılmışdı. “Botafoqo”nun baş məşqçi vəzifəsinə iyulda təyinat alan Bruno Lajenin rəhbərliyi altında A seriyasında keçirdiyi 8 matçdan sonra ilk dəfə uduzduğunu da xatırladaq. Hesabat turunda Belu Orizonteyə səfər də rio de janeyrolular üçün uğursuz alındı. Yerli “Atletiko Mineyro” topa sahibolma faizi planında rəqibdən geri qalsa (46:54) da, qalan bütün əsas göstəricilər üzrə üstünlük qazandı. Bircə bu faktı qeyd edək ki, topla daha çox oynamasına baxmayaraq, qonaq komanda oyun ərzində qapıya bir dəqiq zərbə belə endirə bilmədi. Luis Felipe Skolarinin çalışdırdığı “Atletiko Mineyro” isə 5 belə zərbədən birinin bəhrəsini gördü. Qonaqların hərəyə bir hissə meydanda olan qapıçıları Lukas Perri ilə onu fasilədə əvəzləyən Roberto Fernandes ümumilikdə 4 seyv etdi. Amma sonuncu Paulinyonun 81-ci dəqiqəyə təsadüf edən zərbəsi qarşısında aciz qaldı. Beləliklə, “Botafoqo” ardıcıl ikinci dəfə məğlub oldu. Lakin bu uğursuzluq da liderin mövqeyinə təsir etmədi.

Amma “ağ-qaralar”ın əsas izləyicisi ilə 10 xallıq fərq azaldı. “Palmeyras” turu maksimum nəticə ilə başa vurdu. Bunu gözləməyə dəyərdi. Son çempion evdə “Qoyas”a qalib gəldi. Abel Ferreyranın komandası üçün liqanın aşağı sıralarından qurtulmağa çalışan rəqibi məğlub etmək heç də asan olmadı. Gözlənildiyi kimi, ev sahibləri rəqibi oyun planında aşkar üstələdi. Lakin qonaqların qapısına yol tapmaq san paululular üçün müşkül işə çevrildi. “Qoyas”ın 31 yaşlı qapıçısı Tadeu 5 seyv etməklə matçın qəhrəmanı ola bilərdi. Amma hər şeyi Quzzo korladı. Portuqaliyalı yarımmüdafiəçinin 2-ci hissədə üç dəqiqədə iki dəfə sarı vərəqə alması qoyaniyalıların bütün zəhmətini heç etdi. Azlıqda qalan qonaqlar evə bir xalla yollanmağa çox yaxın idilər. Ancaq Breno Lopes 90+6-cı dəqiqədə “Palmeyras”a qələbə qazandırdı. Çempion liderin uduzmasından maksimum yararlandı və “Botafoqo” ilə əsas izləyicisi arasındakı xal fərqi 7-yə düşdü.

“Palmeyras”ın bəxtindən birdən-birə üç izləyicisi məğlub oldu. Tura 3-cü yerdə başlayan “Qremio” səfərdə “Braqantino”dan iki cavabsız top buraxdı. Renato Qauşunun komandası 15-ci turdan təxirə salınan oyunda “Korintians”dan bir xal ala bildi - 4:4. Bu nəticələr portu aleqrililərin cədvəldəki mövqeyini qorumasına şərait yaratdı.

Sentyabrın 2-də “Botafoqo”nu derbidə məğlub edən “Flamenqo” heç cür sabit çıxış edə bilmir. Xorxe Sampaolinin çalışdırdığı komanda öz meydanında azarkeşlərinə şok yaşatdı. “Atletiko Paranaense”yə 0:3 hesablı məğlubiyyət liderlə 12 xallıq fərqin qorunmasını qaçılmaz etdi. Darmadağına baxmayaraq, “Fla” 4-cü yerdə qaldı.

Tura 5-ci yerdə başlayan “Fluminense” də hesabına xal yazmağı bacarmadı. Fernando Dinizin komandası səfərdə “Vasku da Qama”ya 2:4 hesabıyla uduzdu. Ev oyunları ilə müqayisədə rəqib meydanlarında zəif təsir bağışlayan “Fluminense” “Braqantino” qələbə qazandığı üçün bir pillə gerilədi.

23-cü tur
Atletiko Mineyro - Botafoqo RJ 1:0
Paulinyo, 81.
Palmeyras - Qoyas 1:0
Breno Lopes, 90+6.
Braqantino - Qremio 2:0
Joao Pedro, 20-öz qapısına. Vitinyo, 45+1.
Flamenqo - Atletiko Paranaense 0:3
Kaka, 27. Aleks Santana, 84. Vitor Bueno, 90+7-p.
Vasku da Qama – Fluminense 4:2
Praşedes, 23. Veqetti, 50. Qabriel Pek, 74; 85 – Marselo, 46. Lima, 56.
İnternasyonal - San Paulu 2:1
Bustos, 56. Rene, 70 – Kalyeri, 45+4-p.
Santos - Kruzeyro 0:3
Mateus Cussa, 41. Bruno Rodriges, 70. Nikao, 89.
Fortaleza - Korintians 2:1
Lusero, 26. Yaqo Pikaçu, 90+4 – Pedro Enrike, 33.
Koritiba - Bayya 2:4
S.Qomes, 2. Andrey, 90+4 – Rafael Ratao, 11. Tasiano, 30. Ademir, 34. Byel, 74.
Kuyaba - Amerika Mineyro 2:2
Deyverson, 35-p. Vellinqton Silva, 41 - Rodriginyo, 11. Felipe Azevedo, 32.

15-ci turdan təxirə salınan oyun
Korintians - Qremio 4:4
Fabio Santos, 45-p. Lukas Verissimo, 45+4. Yuri Alberto, 45+6. Culiano, 67 – Natan, 21. Kristaldo, 27. Everton Qaldino, 51. Suares, 78.

1. Botafoqo RJ 23 16 3 4 39-14 51
2. Palmeyras 23 12 8 3 38-17 44
3. Qremio 23 12 4 7 38-31 40
4. Flamenqo 23 11 6 6 36-30 39
5. Braqantino 23 10 9 4 31-21 39
6. Fluminense 23 11 5 7 33-26 38
7. Atletiko Paranaense 23 10 7 6 35-26 37
8. Fortaleza 23 10 5 8 27-22 35
9. Atletiko Mineyro 23 9 7 7 26-19 34
10. Kuyaba 23 8 5 10 23-29 29
11. Kruzeyro 23 7 8 8 23-20 29
12. İnternasyonal 23 7 8 8 19-25 29
13. San Paulu 22 7 7 8 26-23 28
14. Korintians 23 6 9 8 27-29 27
15. Bayya 23 6 7 10 27-31 25
16. Qoyas 23 6 7 10 20-30 25
17. Santos 23 5 6 12 21-39 21
18. Vasku da Qama 22 5 5 12 20-33 20
19. Amerika Mineyro 22 4 5 13 26-47 17
20. Koritiba 22 3 5 14 23-46 14
Bombardirlər: Tikinyo Soares (Botafoqo RJ) - 13, Vitor Roke (Atletiko Paranaense) - 11, Deyverson (Kuyaba), Paulinyo (Atletiko Mineyro) - 9.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-09-2023, 23:0

“Botafoqo” və Lajenin seriyaları qırıldı! – TURUN ŞƏRHİ

Dünya futbolu

25-08-2023, 20:0

Lider büdrədi, son çempion qalib gəldi - TURUN ŞƏRHİ

Dünya futbolu

8-06-2023, 17:0

Lider məğlub oldu, çempion fərqi azaltdı - TURUN ŞƏRHİ

Dünya futbolu

26-05-2023, 16:0

“Botafoqo” üçün ikiqat uğurlu tur - TURUN ŞƏRHİ

Dünya futbolu

3-08-2023, 20:0

“Botafoqo” fərqi 12 xala çıxardı – TURUN ŞƏRHİ

Dünya futbolu

11-08-2023, 21:0

Liderlər qrupunda qələbəsizlik

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Dünən, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Dünən, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Dünən, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Dünən, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Dünən, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Dünən, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Dünən, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Dünən, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Dünən, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Dünən, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • 28-07-2026, 23:0
    İngiltərədə klubunu dəyişəcək
  • 28-07-2026, 23:0
    “Sabah” və Mikels 10-a çatdı
Daha çox
Oxunub: 275
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 206
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə