• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yeni mövcümün əsas sualı: kim daha şanslıdı?

İdman

12-10-2023, 22:0

Dünən keçirilən “Tampa-Bey” – “Neşvill” oyunu ilə Milli Hokkey Liqasında müntəzəm çempionat start götürdü. Bəs Qərb və Şərq konfranslarında qələbə şansı daha yüksək olan komandalar hansılardı? Xatırladaq ki, son mövsümdə Stenli kubokunu məhz Qərbin çempionu, yəni “Veqas” qazanıb.

"Football-plus.az" xəbər verir ki, Şərq konfransında 1-ci yeri tutmağa əsas namizəd “Toronto”du. “Ağcaqayın yarpaqları” ötən mövsüm müntəzəm çempionatı 4-cü yerdə bitirdi, pley-offda isə artıq 2-ci mərhələdə mübarizəni dayandırdı. Komanda yayda “transfer bazarı”nda yaxşı çalışdı, ilk növbədə də lideri Oston Mettyusu saxlaya bildi, onunla müqavilənin müddətini daha 4 il artırdı. Bu üzdən kanadalıların konfrans çempionluğu şansı yetərincə yüksək dəyərləndirilir.

Ekspertlərin fikrincə, “Karolina” ilə “Nyu-Cersi”nin konfransda 1-ci yeri tutmaq şansı təxminən bərabərdi. Bu komandalar ötən mövsümü, uyğun olaraq, 2-3-cü yerlərdə bitirib. “Nyu-Cersi” ardıcıl qələbə sayına görə klub rekordunu da təkrarlayıb. “Devilz” 13 oyunluq seriya yaxalayıb ki, bu da MHL-də 9-cu nəticədi.

“Nyu-York”un adı da konfransın favoritləri sırasında göstərilir. “Göyköynəklilər” ötən mövsümü yalnız 5-ci yerdə bitirib. Əvəzində ötən müntəzəm çempionatın şəksiz-şübhəsiz ən yaxşı komandası “Boston”a yenə də inanmırlar. Elə Stenli kubokunun son finalçısı “Florida”ya da.
Yuxarıda adını çəkdiyimiz 6 komandadan sonra isə “Tampa-Bey”, “Pittsburq”, “Baffalo” və “Ottava”nın adı çəkilir.

Bəs Qərb konfransında mübarizənin axarı ilə bağlı proqnozlar necədi? Birdən-birə üç komandanın – “Kolorado”, “Edmonton” və “Veqas”ın qələbə şansı eyni dərəcədə yüksək qiymətləndirilir. “Veqas” ötən müntəzəm çempionatda ilk iki komandanı 2 xal fərqi ilə qabaqladı. “Edmonton”un heyətində son çempionatın iki bombardiri – Konor Makdevid (153 məhsuldar hərəkət) ilə Leon Drayzaytl (128) yer alıb. “Neftçilər”in əsas rəqiblərinin heyətində də top-ulduzlar var. “Kolorado”nun uğurlarına Natan Makkinnonla Mikko Rantanen, “Veqas”ın uğurlarına isə Cek Aykellə Conatan Marşesso töhfə verir.
Yuxarıda adını çəkdiyimiz üç komanda ilə yanaşı, “Dallas”ın konfrans çempionluğu şansı da yüksək qiymətləndirirlir. Ötən müntəzəm çempionatı 4-cü yerdə bitirən “ulduzlar” “Kolorado” ilə “Edmonton”dan yalnız 1 xal geri qalmışdı. Qərb konfransının 5-ci favoriti “Los-Anceles”di. Todd Maklellanın çalışdırdığı “krallar” ötən mövsüm elə 5-ci yeri tutmuşdu. Qərb konfransında qələbəyə qadir komandalar sırasında “Kalqari”, “Minnesota”, “Sietl” və “Vinnipeq”in də adı çəkilir.

Bütün bunlar öz yerində. Təbii ki, qarşıdakı mövsümün ən çox maraq doğuran suallarından biri də “Vaşiqnton”un rusiyalı ulduzu Aleksandr Oveçkinin neçə qol vuracağıdı. Axı indi onu əfsanəvi Ueyn Qretskidən cəmi 72 qol ayırır. Dünya hokkey ictimaiyyətinin ümumi fikri belədi ki, Oveçkin bu mövsüm fərqi minimuma endirməyə, gələn mövsüm isə tarixi uğura nail olmağa, yəni snayperlər cədvəlində zirvəni ələ keçirməyə çalışacaq. Maraq üçün MHL tarixinin snayperlər cədvəlinin ilk “5-liy”ini xatırladırıq:

oyunçu ölkə oyun qol
1. Ueyn Qretski Kanada 1487 894
2. Aleksandr Oveçkin Rusiya 1347 822
3. Qordi Hou Kanada 1767 801
4. Yaromir Yaqr Çexiya 1733 766
5. Brett Hall ABŞ 1269 741
11 oktyabr
Tampa-Bey – Neşvill 5:3 (1:0, 0:1, 4:2)
Pittsburq – Çikaqo 2:4 (1:0, 1:1, 0:3)
Veqas – Sietl 4:1 (2:0, 1:1, 1:0)

Paylaş:
Digər xəbərlər

İdman

14-04-2023, 15:0

MHL-də yeni xal rekordu

İdman

30-07-2022, 11:0

Stenli kubokunu hansı komanda qazanacaq?

İdman

27-05-2022, 21:0

“Tampa”: ardıcıl 3-cü çempionluğa doğru?

İdman

10-04-2023, 20:0

Yalnız üç vəsiqə sahibini tapmayıb - SİYAHI

İdman

4-05-2023, 20:0

1/4 final cütləri müəyyənləşdi

İdman

15-05-2023, 20:0

Makdevid möhtəşəmliyi: 170 xala çatdı!

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 252
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə