“Tampa”: ardıcıl 3-cü çempionluğa doğru?

27.05.2022 21:21 463
İdman
Şərq konfransında yarımfinal seriyalarından biri maksimum dərəcədə tez bitdi.

Seriyanın 4-cü oyununda da “Florida”nı məğlub edən “Tampa-Bey” Şərq konfransının finalında “Karolina” – “Reyncers” seriyasının qalibi ilə qarşılaşacaq. “Tampa” MHL tarixinə ardıcıl 10 pley-off seriyasında qalib gələn 3-cü komanda kimi düşdü. 1980-84 aralığında 19 qələbə seriyasına nail olan “Aylenders” bu mənada MHL rekordçusudu. “Monreal” isə 1976-80 aralığında 13 qələbəlik seriya yaxalayıb.

Son iki mövsümdə Stenli kubokunu qazanan, ardıcıl 3-cü çempionluq şansı yetərincə yüksək dəyərləndirilən “Tampa”nın baş məşqçisi Con Kuper “Florida” ilə seriyanın yekununa belə münasibət bildirib:

“Tampa” hokkey oynayan böyük komandalar sırasına daxildi. Pley-offdayıqsa və ardıcıl 10 seriyada qalib gəliriksə, deməli, bütün dövrlərin ən yaxşılarından biriyik”.