• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bunlar köhnə nəğmələrdi, cənab Mutu! - KÖŞƏ

Premyer-liqa / Yazarlar

11-10-2023, 18:0

“Neftçi”dəki ən yaxşı iş tərcüməçinin işidi.

Komanda udur-uduzur, futbolçular gəlir-gedir, əcnəbi məşqçinin birini qarşılayıb, o birini yola salırlar. Tərcüməçi üçün isə dəyişən bir şey yoxdur. Onsuz da hər gələn məşqçi gec-tez eyni sözləri təkrarlayır. O sözləri əzbərlədinsə, yetərlidi.

“Neftçi”nin baş məşqçisi Adrian Mutu “Qarabağ”a uduzandan sonra rəqibin gücündən danışıb. Deyib ki, “Qarabağ” Misli premyer-liqasında mübarizə aparan bütün başqa komandalardan səviyyəcə qat-qat güclüdü. Eyni zamanda deyib ki, onu “Neftçi”yə dəvət edənlər təkcə bu mövsüm üçün danışmayıblar, uzunmüddətli layihənin icrası üçün əl sıxışıblar. Bu yerdə Mutunun yadına salıblar ki, “Neftçi”nin məğlub olduğu rəqib təkcə “Qarabağ” deyil. “Ağ-qaralar” Mutunun rəhbərliyi altında “Araz Naxçıvan”, “Kəpəz” kimi komandalara da uduzub. Bu komandalardan heç biri mövsüm ərəfəsində xaricdə təlim-məşq toplanışı keçməyib. Naxçıvan təmsilçisi çempionat gedə-gedə formalaşdırılıb, mövsümün startı ərəfəsində Azər Bağırov BOS-un ehtiyat meydançasında 10-12 futbolçuyla məşq edirdi.

Fakt qarşısında qalan Mutu həmkarımı ittiham etməyə başlayıb, bəhanələr arxasına sığınmağa çalışıb. Amma alınası şey deyil. Eyni taktikadan ötən mövsüm elə Mutunun həmyerlisi Laurentsiu Regekampf da yararlanırdı. Klubun tərcüməçisi də onun sözlərini Azərbaycan dilində təkrarlayırdı. Ona görə də deyirəm ki, ötən bir il ərzində “Neftçi”də yaxşılığa doğru dəyişən bir şey yoxdu. Əziz Nesinin məşhur hekayələrindən birində deyildiyi kimi, Maarif Nazirini çıxarıb Mədəniyyət Naziri təyin ediblər, adını da qoyublar kadr islahatı. Meydanda hər ölkədən bir legioner var. Mutunun yanında, yəni ehtiyat oyunçular skamyasında əyləşənlər də hərəsi bir ölkədəndi. Komandanın iştirak ərizəsinə baxırsan, lap “xalqlar dostluğu düşərgəsi”ni xatıladır. Di gəl ki, meydanda sərgilənən futbola bir qara qəpiklik qiymət vermək olmur. Ağır ittiham kimi səslənə bilər, amma bunu mən demirəm, komandanın nəticələri deyir.

Mutunun söz yığınından ibarət bəhanələrindən neçə ildi Canni de Byazi də istifadə edir. Hər dəfə yeni seçmə mərhələnin püşkü atılanda böyük hədəflərdən danışır. Elə ki başlayırıq məğlubiyyətləri sıralamağa, De Byazi də dəsmalını götürüb ağlamağa başlayır. Deyir ki, bəs siz futboldan anlamırsız, görmürsüz ki, rəqiblərimiz reytinq cədvəlində bizdən öndədi? Canım-gözüm, reytinqdə bizdən öndə olanlara həmişə uduzacağıqsa, onda sən nəyimizə lazımsan? Eyni sözlər Mutuya da aiddi. “Qarabağ” “Neftçi”dən güclüdüsə, sən bu səviyyə fərqini aradan qaldırmalısan. Maşallah, bir vaqon əcnəbi futbolçunu da sənin sərəncamına veriblər. “Qarabağ” hamıdan güclüdü, söz yox. Amma onun da zəif nöqtələrini tapmaq mümkündü. Necə ki, “Zirə” ilə “Səbail” bu mövsüm “Qarabağ”ı məğlub edə biliblər. Buna nə sözün?!

Son turda qeydə alınan məğlubiyyəti də, ondan əvvəlkiləri də bir kənara qoyuram. Heç “Neftçi”nin itirdiyi xallardan, turnir cədvəlindəki yerindən də danışmıram. Bunlar hamısı qurban olsun Mutunun ad-sanına, məşhurluğuna. Bəs meydandakı oyuna necə göz yumaq? “Neftçi”nin oyunu yoxdu, oyunu. Nə dəst-xətt bilinir, nə də məşqçi işi görünür. Hücumlar kəsərsiz, müdafiə etibarsız, yarımmüdafiə xaotik. Legioner var meydana artıq çəkiylə çıxır, ayaqlarını güclə sürüyür. Azər Əliyevlə Qara Qarayev “Qarabağ”la oyun ərzində dəfələrlə irəli topu ötürməyə komanda yoldaşı tapmadılar, üzlərini geri çevirdilər. Başqa çıxış yolu yox idi. Bütün bunlardan danışmaq lazımdı, cənablar.

Əminəm ki, sadaladıqlarımı Mutu da görür. Amma əlacsızdı. Ona əmin deyiləm ki, Mutu “Neftçi”nin baş məşqçisi kimi mövsümü başa vura biləcək. Rumıniyalının mətbuat konfransında dedikləri çarəsizliyin etirafıdı. Rəhmətlik Anar Nağılbaz demişkən, bunlar köhnə nəğmələrdi, vaxt dəyişib, gün dəyişib. Mutu gələcəyin komandasını qurduqlarını iddia edir. Mən də deyirəm ki, yalandı. Gələcəyin komandasını kimlə qururlar? “Neftçi”nin iştirak ərizəsində yer alan futbolçuların təvvəllüdlərinə, bir də bu mövsüm komandaya transfer edilən əcnəbilərin yaşına baxın. Ondan sonra “gələcəyin komandası” barədə danışıb-danışmamağa qərar verərsiz.

AMAL

Paylaş:
Digər xəbərlər

Aktual / Premyer-liqa

15-07-2023, 14:0

“Mutunun “Neftçi”yə fayda verəcəyini düşünürəm”

Premyer-liqa

7-08-2023, 13:0

Mutu ölkə çempionatlarının 61-ci əcnəbi baş məşqçisidi

Maraqlı

18-07-2023, 14:0

Adrian Mutunun “Neftçi”yə təyinatı dünya mətbuatında

Premyer-liqa

14-07-2023, 15:0

Adrian Mutu "Neftçi"nin düşərgəsinə qoşulub

Aktual

8-07-2023, 22:0

Müqaviləsindəki bənddən istifadə edildi, Mutu "Neftçi" üçün "Rapid"lə yolları ayırdı

Ölkə futbolu

29-07-2023, 20:0

Mutu: "Oyun intellektini inkişaf etdirməliyik"

Aktual
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Son xəbərlər
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 125
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 115
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə