Mutu ölkə çempionatlarının 61-ci əcnəbi baş məşqçisidi

7.08.2023 13:09 250
Premyer-liqa
“Neftçi”nin baş məşqçisi Adrian Mutu ölkə çempionatları tarixinin 61-ci əcnəbi mütəxəssisi olub.

"Football-plus.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, rumıniyalı komandasının 2023/24 mövsümünün 1-ci turunda səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduğu görüşdə debüt edib.

Mutu, eyni zamanda, 4-cü rumıniyalı baş məşqçi kimi premyer-liqa tarixinə düşüb. Ona qədər Mirça Rednik, Dorinel Muntyanu və Laurentsiu Regekampf ölkə çempionatında çalışıblar.

44 yaşlı baş məşqçi həm də “Neftçi”nin tarixində 6-cı əcnəbi mütəxəssisdir. Daha əvvəl Anatoli Demyanenko, Hans-Yurgen Gede, Vlastimil Petrjela, Roberto Bordin və Laurentsiu Regekampf “ağ-qaralar”a rəhbərlik ediblər.