Mutu: "Oyun intellektini inkişaf etdirməliyik"

29.07.2023 20:31 333
Ölkə futbolu
"Neftçi"nin baş məşqçisi Adrian Mutu sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

"Football-plus.az" xəbər verir ki, rumıniyalı mütəxəssis "Barselona"nın baş məşqçisi Xavinin dediyi sitatı instaqram hesabında paylaşıb:

"Xavi: Oyun intellektini inkişaf etdirməliyik. Futbolda ağıl üzərində işləmək ən vacib şeydir".

Xatırladaq ki, "Neftçi" Mutunun rəhbərliyi altında ilk rəsmi görüşü Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Jelezniçar"la (2:2) görüşünə çıxıb.