Adrian Mutu "Neftçi"nin düşərgəsinə qoşulub

14.07.2023 15:15 350
Premyer-liqa
"Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışını davam etdirən komandanın düşərgəsinə qoşulub.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar" bu gün rumıniyalı mütəxəssisin rəhbərliyi altında ilk məşqinə çıxacaq.

"Smena" stadionunda keçiriləcək hazırlıq prosesi Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.