Noyerdən xoş xəbər

29.08.2023 20:30 319
Dünya futbolu
Manuel Noyerlə bağlı xoş xəbər yayılıb. O, artıq ümumi qrupda məşq edir.

"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın qapıçısı zədəsini sağaldaraq komanda ilə məşqlərə başlayıb. “Bild Bayern” qəzetinin məlumatına görə, 37 yaşlı futbolçu uzun fasilədən sonra bazar ertəsi komanda ilə ümumi məşqlərdə iştirak edib.

Xatırladaq ki, Noyer ötən ilin sonunda xizək sürərkən ayağı sınmışdı.