Noyer ilə bağlı xoş xəbər

16.09.2023 23:37 209
Dünya futbolu
Manuel Noyer ilə bağlı növbəti xəbər yayılıb.

“Bavariya”nın qapıçısı uzun müddətdən sonra komanda ilə məşqlərə qayıdıb.

Xatırladaq ki, Almaniya millisi Qətərdə keçirilən dünya çempionatında çıxışını başa vurduqdan sonra Noyer dağ-xizək kurortunda istirahət edərkən ayağı sınıb.

37 yaşlı futbolçuya sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub. O, 2022-ci il dekabrın 1-dən bəri oynamır.