"Football-plus.az" xəbər verir ki, bu qarşılaşma oktyabrın 24-də İstanbulda baş tutacaq. Münhen nəhəngində yeni transfer olunmasına rəğmən zədələrdən başı açılmayan Rafael Gerreyronun, eləcə də qolu sınan Serj Qnabrinin bu matçda iştirakı gözlənilmir. Əvəzində ''Bavariya'' fanatlarının uzun müddətdi gözlədiyi şad xəbər gəlib. Manuel Noyer artıq oynamağa hazırdı.
Ötən ilin dekabrında xizək sürərkən ayağı qırılan və o vaxtdan bu yana meydana çıxmayan məhşur qapıçı yenidən ''Bavariya''ya yardım etməyə hazırdı. Münhen nəhənginin idman direktoru Kristian Froynd Noyerin son durumu ilə bağlı məlumat verərək bunları deyib:
''Fiziki durumu qaydasında görünür. Yığma fasiləsindən dərhal sonra U-23 komandamızda oyuna çıxaraq ritmini yaxalaya biləcək. Əsas komandada oynayacağı tarix hələ dəqiqləşməyib. Fasilədən sonra bizi ''Maynts-05'' və ''Qalatasaray''la oyunlar gözləyir. Böyük ehtimalla Noyer bu iki oyundan birində meydanda olacaq''.
ƏLİ






