• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah”ın qələbəsiz oyunlar seriyası 8-ə çatdı - REPORTAJ

Premyer-liqa / Reportaj

10-10-2023, 13:0

Bu oyun hər iki tərəf üçün vacib idi. Yalnız ilk turda 3 xal qazanan "tələbələr" 7 oyunluq qələbəsizlik seriyasını qırmalıydı.

Demək olar ki, autsayder mövqeyində qərarlaşan meydan sahibləri millinin matçlarıyla bağlı fasiləyə motivasiyalı yollanmaq istəyirdi. Bu baxımdan qələbə Murad Musayevin komandası üçün yeganə çıxış yolu idi. Qonaqların durumu isə nisbətən yaxşıdı. Azər Bağırovun komandası dillər əzbəri olub. Çətin rəqiblərə qarşı inamlı mübarizəsiylə seçilən Muxtar Respublika təmsilçisi Masazıra ən azı 1 xal arxasınca gəlmişdi.

Tərəflərin istəkli başladığı oyunda ilk təhlükəli vəziyyəti "Sabah"ın ifasında izlədik. Ev sahibləri 7-ci dəqiqədə hesabı açmağa yaxın idi. Lakin Avram irəli atılaraq Apehlə təkbətək mübarizədən qalib ayrıldı. "Tələbələr" növbəti şansdan da faydalana bilmədi. Aminin başla zərbəsi qapının yaxınlığından keçsə də, "çərçivə"yə düşmədi. “Sabah” qonaqları qapı önünə sıxışdırır, qol axtarışını davam etdirirdi. Buna baxmayaraq, "qırmızı-ağlar"ın qapıçısı ayıq-sayıq davranır, gah irəlidə, gah da qapı xəttində komandasını qoldan xilas edirdi. "Araz-Naxçıvan"ın oyun tərzi 20-ci dəqiqədən sonra dəyişdi. İndiyə qədər müdafiə olunmağa məcbur edilən tərəf tez-tez Yusifi narahat edirdi. Bu ərəfədə real qol şansı yaransa da, Maşike fürsəti əldən verdi. Qapıçıya toxunan top meydanı tərk etdi. "Sabah" üstünlüyü əldən vermək istəmirdi. Odu ki, sürətli oyunla rəqibini yormağa və fasiləyə qədər azı 1 qol vurmaq istəyirdi. Hətta məqsədə çatmaq üçün yararlı epizod da var idi. Amma Namikin uzaqdan zərbəsi arzunu reallaşdırmadı. Muxtar Respublika təmsilçisinin təcrübəli qolkiperi təslim olmurdu. Avram ikinci cəhddə topu yaxalaya bildi. Namik bir neçə dəqiqə sonra yenə bəxtini sınadı. Zərbə qapı tirinin üzərindən keçdi. Birinci hissənin sonuncu təhlükəli epizodunda da "Sabah" baş rolda oldu. Əslində Parris "çərçivə"ni dəqiq nişan almışdı. Lakin Apehin toxunuşu topun yönünü dəyişdi və ofsayd qeydə alındı.

Azər Bağırov 2-ci hissədə Maşikeni komandanın qol "silahı" Orxanla əvəzlədi. Cəmi bir neçə dəqiqə sonra qonaqların daha bir hücum cəhdini izlədik. Burda Yusif Orxanın başla zərbəsini dəf etdi. İrəliləyən dəqiqələrdə İrasabal və Belfodil Avramı məyus edə bilmədi. Qolkiper təhlükəli vəziyyətlərdə cəld və soyuqqanlı davrandı. Nəhayət, 76-cı dəqiqədə hesab açıldı. Cərimə zərbəsini yerinə yetirən Nqando topu qapı önünə göndərdi. Belfodil təhlükəni sovuşdurmaq istəsə də, qapıların yerini səhv saldı. Nəticədə başla toxunduğu top öz qapısından keçdi - 0:1. Masazır təmsilçisi "soyuq duş"dan tez ayılıb hücumların kəsərini artırdı. Lakin moldovalı qolkiper keçilməz idi. Avram dərhal Nuriyevin Belfodilə göndərdiyi topa yiyələndi. Qonaqlar istəyinə 82-ci dəqiqədə çatdı. Aleksey naxçıvanlıların arasından sıyrılaraq Anatoliyə ötürmə etdi. Qonaqların qolkiperi adəti üzrə önə atılaraq rəqibə mane olmaq istəsə də, alınmadı. Ukraynalı futbolçu hesabı bərabərləşdirdi - 1:1. Bundan sonra "Araz-Naxçıvan" sanki nəticəylə barışmış kimi davrandısa, "Sabah" növbəti qol üçün mübarizə apardı. Amma "tələbələr" sona qədər ikinci dəfə sevinə bilmədi. Beləliklə, Murad Musayevin komandası ardıcıl 3-cü dəfə "sülh"ə razılaşmalı oldu. Görünür, "özümüzə gəlmək üçün 1 qələbə kifayət edəcək" deyən mütəxəssis növbəti turdan mədət ummalıdı.

Gözdən qaçmadı
* Yığmanın oyununu izləməyə gələn məşqçisi Arif Əsədov "Bank Respublika Arena"ya buraxılmadı
* Stadionun tablosu ilk dəqiqələrdə işləməsə də, sonradan düzəldi.
* Matçın təxminən ilk 20 dəqiqəsi geridə qalsa da , onlarla azarkeş stadionun girişində yoxlanılırdı.
* "Araz-Naxçıvan"ın "Sektor 85" azarkeş qrupu da tribunalarda idi. Lakin fankub bayrağı açmamışdı.
* "Soldati di Sabah" və "Sektor 85" fanklubları görüşün 44-cü dəqiqəsində "Şəhidlər ölməz, vətən bölünməz", "Ən böyük əsgər bizim əsgər!" şüarlarını birlikdə səsləndirdi.
* "Araz-Naxçıvan"ın futbolçusu Abdulla Rzayev Belfodilin avtoqolunu baş məşqçi Azər Bağırovu qucaqlayaraq qeyd etdi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

5-09-2022, 12:0

"Sabah" 10-a çatdı

Premyer-liqa / Reportaj

19-09-2023, 14:0

Çempion “Sabah”a heç bir şans vermədi - REPORTAJ

Premyer-liqa / Manşet / Reportaj

27-09-2023, 20:0

“Sabah”ın böhranı davam edir: 6-cı qələbəsiz oyun! - REPORTAJ

Premyer-liqa / Manşet / Reportaj

27-09-2023, 21:0

“Sumqayıt” yenə qələbəyə həsrət qaldı - REPOTAJ

Premyer-liqa / Manşet

27-12-2022, 13:0

Liderlər fasiləyə itkisiz yollandı - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

19-03-2023, 17:0

“Qəbələ” “Zirə”yə yaxınlaşdı - TURUN ŞƏRHİ

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Bu gün, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Bu gün, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Bu gün, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Bu gün, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Bu gün, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Bu gün, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Bu gün, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Bu gün, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Bu gün, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Bu gün, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Bu gün, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Bu gün, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Bu gün, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Bu gün, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Bu gün, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
Daha çox
Oxunub: 197
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə