• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ-ni çempionluqdan 1 xal ayırır - TURUN ŞƏRHİ

Dünya futbolu

24-05-2023, 15:0

PSJ sona iki tur qalmış “Lans”ı 6 xal qabaqlayır. Bu isə faktiki o deməkdi ki, paytaxt klubu artıq çempiondu, sadəcə, “qan-qızılılılar”ın da “qızıl” qazanmaq üçün nəzəri şansı qalır.

"Football-plus.az" xəbər verir ki, Fransa çempionatının reqlamentinə görə xalların bərabərliyi halında daha yaxşı top fərqinə malik komanda çempion olur.

Bu göstəricidə də parislilərin nəhəng üstünlüyü var: +50 +34-ə qarşı. Odu ki, Kristof Qaltyenin komandasını artıq çempionluq münasibəti ilə təbrik etmək olar. Paytaxt klubu hesabat turunda “Oser”i, “Lans” isə “Loryan”ı məğlub etdi. “Lion”a uduzan “Monako” ÇL-ə vəsiqə şansını itirdi. Autsayderlərə gəlincə, “Anje”, “Ayaçço” və “Trua”nın aqibəti bəllidi. Mövsümün son uğursuzu isə “Oser”lə “Nant”dan biri olacaq.

PSJ “Nant”la elitada qalmaq uğrunda amansız mübarizə aparan “Oser”in qonağı idi. Qaltyenin komandası oyuna necə möhtəşəm başladısa, artıq 8-ci dəqiqədə 2:0 önə çıxdı. 6-cı dəqiqədə Mbappe uzaq “9-luğ”a gözəl zərbə vurdu. Bundan dərhal sonra parislilər mərkəzdə topu ələ keçirdi, Messi topu Mbappeyə ötürdü, o da cari mövsümdə 28-ci dəfə fərqləndi. Bir qədər arxayınlaşan PSJ rəqibin təhlükəli vəziyyətlər yaratmasına imkan verdi. Donnarumma dəfələrlə ustalığını göstərməyə məcbur oldu. 50-ci dəqiqədə italiyalı qapıçı da fərqin azalmasına mane ola bilmədi. Oyunun qalan bölümü qarşılıqlı hücumlar şəraitində davam etsə də, daha qapılara qol vurulmadı. 34 xala malik “Oser” hələ ki xilaskar 16-cı pillədədi. 1 xal az toplayan “Nant” sonrakı pillədə qərarlaşıb. “Bülbüllər” evdə “Monpelye” önündə darmadağın oldu.

Liderin ən yaxın izləyicilərindən “Lans” səfərdə “Loryan”la qarşılaşdı. Meydan sahibləri artıq 6-cı dəqiqədə hesabı açdı. Ardından Frank Hayzın komandası təşəbbüsü ələ keçirib 5 dəqiqə aralığında iki qol vurdu. 2-ci hissədə “Loryan” daha üstün təsir bağışlasa da, təhlükəli vəziyyətlərin sayı çox deyildi. Meydan sahibləri bir daha Sambanı məyus edə bilmədi. Əvəzində qonaqlar 87-ci dəqiqədə 3-cü qolu da vurdu.

“Marsel” mövsümün sonunu boşa verir. Cənublular uzun müddət PSJ-nin əsas izləyicisi olsa da, “Lans”a məğlubiyyət vəziyyəti dəyişdi. Mövsümü 2-ci və ya 3-cü yerdə bitirmək arasında fərq böyükdü. 2-ci yer komandanı ÇL-in qrupuna aparırsa, 3-cü yeri tutan bu turnirin təsnifat mərhələsində də oynamalıdı. “Monako”, “Renn” və “Lion” ilə “avrokubok zonası”na düşmək uğrunda mübarizə aparan “Lill” evdə “Marsel”i məğlub edə bildi. Baxmayaraq ki, hesabı qonaqlar, daha dəqiqi, Kloss açdı. 2-ci hissə başlayan kimi qapıçı Lopes cərimə meydançasında qaydanı pozdu və hakim “Marsel”in qapısına penalti təyin etdi. Devid cari mövsümdə 22-ci qolunu vurmaqla hesabı bərabərləşdirdi. 72-ci dəqiqədə isə Bamba qonaqları nokauta saldı.

“Monako” “Lion”un qonağı idi. Oyun başlayan kimi “knyazlar”ın kapitanı Ben Yedder “şirlər”in cərimə meydançasına daxil oldu və yolverilməz fəndlə dayandırıldı. Kapitan topla qapıçını fərqli künclərə göndərdi. Hissənin sonun az qalmış Lakazett mövsümdə 26-cı qolunu vurdu. İlk yarı bərabərliklə bitdi. 57-ci dəqiqədə “Lion” hesabda irəli çıxdı. Bundan sonra “knyazlar”ın çalışdırıcısı Filipp Kleman dəyişikliklər hesabına oyunun axarına müdaxilə etməyə çalışdı – Ben Seqirlə Kamaranı meydana buraxdı. Ancaq qol yenə “Lion”un yox, “Monako”nun qapısına vuruldu. Beləliklə, “knyazlar” ÇL-ə qatılmaq baxımından nəzəri şansını da itirdi.

Turun qalan oyunlarına gəlincə, heç bir turnir motivasıyası qalmayan “Ayaçço”nun qonağı olan “Renn” 5 cavabsız qolla qalib gəldi. Oyunun qəhrəmanı het-trik edən Quiri oldu. “Brest” “Klermon” üzərində əzmkar qələbə qazandı. “Reyms” – “Anje” oyunu 2:2, “Trua” – “Strasbur” oyunu isə 1:1 hesablı heç-heçə ilə bitdi. Nəhayət, “Nitsa” ilə “Tuluza” bir-birinin qapısına yol tapa bilmədi.

36-cı tur
Oser – PSJ 1:2

Sinayoko, 50 – Mbappe, 6; 8. (16682)
PSJ: Donnarumma, Pereyra, Ramos, Markinyos, Zair-Emeri, Verratti, Ruis (Sanşeş, 79), Bernat, Mbappe, Ekitike (Vitinya, 54), Messi.

Loryan – Lans 1:3
Fevr, 6 – Sotoka, 20. Tomasson, 25. Fofana, 87. (16000)
Lans: Samba, Medina, Onana, Qradit, Frankovski (Le Kardinal, 86), Əbdül Səməd, Fofana, Maçado (Aydara, 68), Tomasson (Füljini, 68), Sotoka (Koşta, 90+2), Openda (Klod-Moris, 86).

Lion – Monako 3:1
Lakazett, 38. Kakere, 57. Şerki, 78 – Ben Yedder, 2-p. (53980)
Monako: Nübel, Enrike, Matsima, Disasi, Vanderson, Fofana, Matazo (Kamara, 64), Yakobs, Qolovin (Diatta, 71), Akliuş (Ben Seqir, 64), Ben Yedder (Embolo, 71).

Lill – Marsel 2:1
Devid, 49-p. Bamba, 72 – Kloss, 29. (47399)
Marsel: Lopes, Balerdi, Jiqo (Kabore, 19/Vitinya, 71), Mbemba, Kloss, Ronjye, Veretu, Kolaşinats, Malinovski, Sançes, Ündər.

Nant – Monpelye 0:3
Ferri, 38. Nordin, 47. Sako, 88. (30170)

Ayaçço – Renn 0:5
Santamariya, 14. Quiri, 31; 40; 71. Dokyu, 37. (6637)

Brest – Klermon 2:1
Onora, 45. Munye, 48 – Borjes, 43. (13571)

Nitsa – Tuluza 0:0
(20041)

Reyms – Anje 2:2
İto, 10. Baloqun, 54 – Şabanoviç, 46. Abdelli, 60. (11242)

Trua – Strasbur 1:1
Lopeş, 73 – Diarra, 27. (9834)

1. PSJ 36 27 3 6 86-36 84
2. Lans 36 23 9 4 62-28 78
3. Marsel 36 22 7 7 66-37 73
4. Monako 36 19 8 9 69-54 65
5. Lill 36 18 9 9 62-42 63
6. Renn 36 19 5 12 65-38 62
7. Lion 36 17 8 11 61-44 59
8. Klermon 36 15 8 13 40-47 53
9. Nitsa 36 13 13 10 42-34 52
10. Loryan 36 14 10 12 50-50 52
11. Reyms 36 12 15 9 44-39 51
12. Monpelye 36 14 5 17 60-58 47
13. Tuluza 36 12 8 16 48-55 44
14. Brest 36 10 11 15 41-51 41
15. Strasbur 36 9 12 15 49-56 39
16. Oser 36 8 10 18 33-59 34
17. Nant 36 6 15 15 35-53 33
18. Trua 36 4 11 21 43-78 23
19. Ayaçço 36 6 5 25 22-71 23
20. Anje 36 3 6 27 31-79 15

Bombardirlər: Mbappe (PSJ) - 28, Lakazett (Lion) - 26, Devid (Lill) - 22, Diallo (Strasbur), Baloqun (Reyms) – 20.
Növbəti turun oyunları mayın 27-də keçiriləcək: Anje – Trua, Klermon – Loryan, Lans – Ayaçço, Lill – Nant, Lion – Reyms, Marsel – Brest, Monpelye – Nitsa, Renn – Monako, Strasbur – PSJ, Tuluza – Oser.

Fakt
Top-liqalarda heç bir başqa oyunçu mövsüm ərzində Messidən çox məhsuldar ötürmə verməyib. Argentinalının çempionatda 16 belə ötürməsi var. “Böyük beşlik” ölkələrində yalnız De Bruyne Messi ilə eyni göstəriciyə malikdi. Amma argentinalı meksikalıdan bir oyun az keçirib.

Turun rəqəmi
20 – Messi cari mövsümdə həm bu qədər qol vurub, həm də məhsuldar ötürmə verib. 20 ötürmədən 16-sı Fransa çempionatının, 4-ü Çempionlar Liqasının payına düşür. Argentinalı həmçinin klub səviyyəli yarşılarda 20 dəfə fərqlənib. O, “böyük beşlik” ölkələrində 20 qol və 20 ötürmə göstəricisinə malik yeganə futbolçudu.

Turun ulduzu
Amin Quiri (Renn) – komandasının avrokuboklar vəsiqə şansını indiyə qədər qorumasının əsas səbəbkarlarından biri də bu gənc hücumçudu. “Ayaçço” ilə oyunda het-trik edən Quiri cari mövsümdə qol sayını 14-ə çatdırdı. “Roda”, “Lion” və “Nitsa”da belə yüksək məhsuldarlıq göstərə bilmirdi.

Turun sitatı
Canluici Donnarumma, PSJ-nin qapıçısı: “Günlərin birində ÇL-i qazanacağımıza əminəm, çünki klub və fanatlar bunu haqq edir. Zirvəyə qalxmaq üçün mümkün olan hər şeyi edəcəyik. Bu il daha yaxşı oynamaq istədik, ancaq alınmadı. Növbəti mövsüm isə bundan da yaxşı olacağıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-05-2023, 14:0

Liderlər qələbə qazandı, elitadan gedənlərdən üçü müəyyənləşdi – TURUN ŞƏRHİ

Çempionlar Liqası

14-03-2023, 20:0

ÇL-də uğur əldə edən PSJ-ni Fransada dayandıran yoxdu – TƏHLİL

Dünya futbolu

12-04-2023, 19:0

PSJ və “Lans” qalib gəldi, “Marsel”lə “Monako” xal itirdi - ŞƏRH

Dünya futbolu

28-04-2023, 14:0

PSJ və “Marsel” qazandı, “Monako” darmadağın oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 21:0

PSJ 5-ci dəfə uduzdu, liderin əsas izləyicisi dəyişdi – 29-cu turun şərhi

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Bu gün, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Bu gün, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Bu gün, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Bu gün, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Bu gün, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Bu gün, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Bu gün, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Bu gün, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Bu gün, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Bu gün, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Bu gün, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Bu gün, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Bu gün, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Bu gün, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Bu gün, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
Daha çox
Oxunub: 197
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə