• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ və “Marsel” qələbə qazana bilmədi – TURUN ŞƏRHİ

Dünya futbolu

23-08-2023, 22:0

Fransa çempionatında 2-ci tur arxada qaldı.

"Football-plus.az" xəbər verir ki, PSJ bu dəfə də “solğun” heç-heçə ilə kifayətləndi. Luis Enrikenin komandası “Tuluza”nın müqavimətini qıra bilmədi. “Strasbur”un qapısından üç cavabsız top keçirən “Monako” inamlı qələbə qazandı. “Marsel” gözlənilmədən “Mets”lə oyunda xal itirdi. Vitse-çempion “Lans” da “Renn”in öhdəsindən gələ bilmədi. “Lion”, ümumiyyətlə, evdə “Monpelye” önündə darmadağın oldu.

PSJ “Loryan”la oyundan sonra sönük oyuna görə ciddi tənqidə məruz qalmışdı. 2-ci tur da istisan olmadı. Luis Enrikenin start heyətindəki dəyişiklikləri oyun keyfiyyətini yüksəltmədi. PSJ daim topa nəzarət edir, ancaq təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkirdi. Çempion bu dəfə ölkə kubokunun son qalibi “Tuluza”nın qonağı idi. Parislilərin nisbi üstünlüyü şəraitində keçən ilk yarıda hesab açılmadı. 2-ci hissə başlayan kimi PSJ qol vursa da, ofsayd üzündən sayılmadı. İspaniyalı mütəxəssis 51-ci dəqiqədə ikili dəyişikliyə əl atdı. Dembele debüt oyununa çıxdı, rəhbərliklə barışan Mbappe də mövsümdə ilk dəfə yaşıl meydanda göründü. Bu gediş özünü doğrultdu. 59-cu dəqiqədə rəqibin cərimə meydançasına daxil olan Mbappe kobudluqla üzləşdi. VAR-ın da yardımı ilə təyin olunan penaltini zərərçəkən özü yerinə yetirdi. Bundan sonra da qonaqlar oyunun axarına nəzarət etdi. 75-ci dəqiqədə Mbappenin ötürməsindən sonra Ramuş fərqi artırmağa borclu idi. 85-ci dəqiqədə isə gözlənilmədən PSJ-nin qapısına penalti təyin olundu. Künc zərbəsinin ardından cərimə meydançasından uzaqlaşmaqda olan Abuhlyalın ayağını Hakimi tapdaladı. “Tuluza”nın vingerinin butsunun ayağından çıxdığını görən hakim “nöqtə”ni göstərdi. PSJ-nin futbolçuları uzun-uzadı mübahisə etsə dələr, qərar dəyişmədi və Abuhlyal dəqiq zərbə ilə hesabı bərabərləşdirdi.

İlk turda “Klermon”u səfərdə məğlub edən “Monako” bu dəfə doğma azarkeşləri önündə sevindi. “Strasbur”la oyunda çox üstün təsir bağışlayan “knyazlar”ın böyükhesablı qələbəsi məntiqlidi. Bu oyunun qəhrəmanı Minamino oldu. Yaponiyalı 20-ci dəqiqədə uzaqdan zərbə ilə hesabı açdı, 36-cı dəqiqədə isə fərqi artırdı. Üstəlik Ben Yedderin 58-ci dəqiqədə vurduğu qolun ötürməsini də Minamino verdi. “Strasbur”un təsəlli qolunu vurmağa belə gücü çatmadı.

“Mets”in qonağı olan “Marsel” aşkar favorit sayılırdı, ancaq qol vəziyyətlərini gerçəkləşdirmək baxımından axsadı. Hesabı “Marsel”in ingiltərəli debütantı Soqlo Obameyanqın ötürməsindən sonra açdı. İlk yarı qonaqların aşkar üstünlüyü şəraitində keçsə də, başqa qol olmadı. Əvəzində fasilədən sonra “qol yağışı” başladı. 65-ci dəqiqədə “Mets”in seneqallı hücumçusu Sabali “status-kvo”nu bərpa etdi. Həmin vaxt meydan sahibləri artıq azlıqda idi – 59-cu dəqiqədə müdafiəçi Lo qovulmuşdu. Maraqlıdı ki, təcrübəli rumıniyalı mütəxəssis Laslo Beleninin komandası bundan sonra daha yaxşı oynamağa başladı. 71-ci dəqiqədə gürcü hücumçu Mikautadze “Mets”i irəli çıxardı. “Marsel” nə qədər məyus olsa da, hesabı bərabərləşdirməyə özündə güc tapdı. Cavab qolunu meydana sonradan çıxanlar yaratdı. Aritin ötürməsindən sonra Vitinya ardıcıl ikinci oyunda fərqləndi - 2:2.

ÇL-in qrupunda oynayacaq vitse-çempion “Lans” ilk turdakı acınacaqlı məğlubiyyətin (2:0 öndə olduğu oyunda “Brest”ə 2:3 uduzmuşdu) ardından möhkəm “Renn” ilə heç-heçə etdi. Maçado 3-cü dəqiqədə “qan-qızılılar”ı irəli çıxarsa da, 53-cü dəqiqədə penaltini qola çevirən Burijo bərabərliyi bərpa etdi. “Lion” evdə “Monpelye”yə böyük hesabla uduzdu. Bu oyunun qəhrəmanı dubl edən Əl-Tamari oldu. “Şirlər”in yeganə qolunu vuran Lakazett 80-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu. “Lill” “Nant”ı, “Reyms” “Klermon”u 2:0 hesabıyla məğlub etdi. “Loryan” – “Nitsa” oyunu “sülh”lə bitdi, “Havr” isə evdə “Brest”ə uduzdu.

2-ci tur
Tuluza – PSJ 1:1
Abuhlyal, 87-p. – Mbappe, 62-p. (27332)
PSJ: Donnarumma, Ernandes (Pereyra, 78), Şkrinyar, Markinyos, Hakimi, Ruis (Dembele, 51), Uqarte, Vitinya (Soler, 78), Zair-Emeri, Ramuş, Li Kan İn (Mbappe, 51).
Mets – Marsel 2:2
Sabali, 65. Mikautadze, 71 – Soqlo, 14. Vitinya, 82. (26661)
Marsel: Lopes, Lodi, Mbemba, Balerdi (Vitinya, 75), Kloss, Sarr, Ronjye, Kondoqbia (Veretu, 56), Soqlo (Arit, 67), Obameyanq, Ndiaye (Muqe, 75).
Monako – Strasbur 3:0
Minamino, 20; 36. Ben Yedder, 58. (10100)
Monako: Ken, Maqassa, Kamara (Matazo, 69), Vanderson, Sinqo, Fofana, Zəkəriyə (Matsima, 88), Enrike (Yakobs, 88), Qolovin (Diatta, 79), Minamino (Akliuş, 79), Ben Yedder.
Lion – Monpelye 1:4
Lakazett, 69 – Nordin, 20. Əl-Tamari, 39; 66. Adams, 89. (42576)
Lill – Nant 2:0
Devid, 66. Unas, 90+4. (34356)
Havr – Brest 1:2
Kuzyeyev, 52 – Del Kastilyo, 29. Brasye, 56. (19574)
Loryan – Nitsa 1:1
Dukure, 77 – Qessand, 64. (15848)
Reyms – Klermon 2:0
Munetsi, 17. Darami, 85. (12887)
Lans – Renn 1:1
Maçado, 3 – Burijo, 53-p. (37233)
1. Monako 2 2 0 0 7-2 6
2. Brest 2 2 0 0 5-3 6
3. Renn 2 1 1 0 6-2 4
4. Monpelye 2 1 1 0 6-3 4
5. Lill 2 1 1 0 3-1 4
6. Marsel 2 1 1 0 4-3 4
7. Tuluza 2 1 1 0 3-2 4
8. Reyms 2 1 0 1 3-2 3
9. Strasbur 2 1 0 1 2-4 3
10. Nitsa 2 0 2 0 2-2 2
11. PSJ 2 0 2 0 1-1 2
12. Loryan 2 0 2 0 1-1 2
13. Havr 2 0 1 1 3-4 1
14. Lans 2 0 1 1 3-4 1
15. Mets 2 0 1 1 3-7 1
16. Nant 2 0 0 2 1-4 0
17. Lion 2 0 0 2 2-6 0
18. Klermon 2 0 0 2 2-6 0
Bombardirlər: Del Kastilyo (Brest), Ben Yedder (Monako), Adams (Monpelye) – 3.
Növbəti turun oyunları avqustun 25-27-si aralığında keçiriləcək: Nant – Monako, Marsel – Brest, PSJ – Lans, Renn – Havr, Klermon – Mets, Monpelye – Reyms, Strasbur – Tuluza, Loryan – Lill, Nitsa – Lion.

Turun rəqəmi
1 – gözəl zərbə ilə “Brest”in qapısına yol tapan Daler Kuzyayev “Havr”da qol hesabı açdı. Bir güllə bahar olmadığı kimi, “Zenit”in sabiq oyunçusunun fədakarlığı də məğlubiyyətdən qaçmağa yetmədi.

Turun ulduzu
Takumi Minamino (Monako) – iki qol və bir məhsuldar ötürmədən sonra başqa futbolçunun üzərində dayanmağa ehtiyac varmı?! Maraqlıdı ki, yaponiyalı yarımmüdafiəçi “knyazlar”ın heyətində keçirdiyi 27-ci oyunda qol sayını 3-ə çatdırdı.

Turun sitatı
Loran Blan, “Lion”un baş məşqçisi (həmkarımızın uğursuz startdan sonra nəyin dəyişməli olduğu ilə bağlı sualına cavabı): “Məşqçini dəyişmək lazımdı. Mən “Lion”da qalmaq istəyirəm. Amma siz nə etməyin lazım olduğunu soruşursuzsa, deyirəm ki, bəlkə də baş məşqçini dəyişmək lazım gələcək”.

Oyundan sonra
Luis Enrike, PSJ-nin baş məşqçisi: “Bu oyunda qalib gəlməliydik. Düşünürəm ki, ilk yarını yetərincə yaxşı keçirdik. 2-ci hissədə isə qolu nəzərə almasaq, oyunun axarına nəzarəti əldən verdik, topla yaxşı davranmadıq. Və yenə heç-heçə ilə kifayətləndik. Məqsədimiz o deyil ki, bir qapıdan o birisinə qədər qaçaq. İki-üç imkanı əldən verdik, ardından bəxtsiz şəkildə penalti ilə cəzalandıq. Narahatammı? Yox, bu hələ mövsümün əvvəlidi. Komanda hələ görmək istədiyim formadan uzaqdı, xüsusən də hücumda. İşi davam etdiririk. 2-ci hissədə topu itirməyə başladıq və qol buraxdıq. Çempionlar Liqasında nəyin uğrundasa mübarizə aparmaq istəyirsənsə, belə oyun yolverilməzdi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-04-2023, 21:0

PSJ 5-ci dəfə uduzdu, liderin əsas izləyicisi dəyişdi – 29-cu turun şərhi

Dünya futbolu

16-08-2023, 22:0

Ulduzlarsız PSJ debütdə büdrədi – TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 19:0

PSJ və “Lans” qalib gəldi, “Marsel”lə “Monako” xal itirdi - ŞƏRH

Dünya futbolu

2-06-2023, 22:0

PSJ çempion oldu, “Monako” isə... – TURUN ŞƏRHİ

Dünya futbolu

24-05-2023, 15:0

PSJ-ni çempionluqdan 1 xal ayırır - TURUN ŞƏRHİ

Aktual
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
Son xəbərlər
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
Daha çox
Oxunub: 405
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 181
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 163
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə