• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ ilk məğlubiyyətini aldı – TURUN ŞƏRHİ

Dünya futbolu

20-09-2023, 21:0

Hesabat turunda “Loryan”la oyunda qələbəni əldən verən “Monako” vahid liderliyi qoruyur.

PSJ evdə gözlənilmədən “Nitsa”ya uduzdu. Mbappenin dublu da Luis Enrikenin Fransadakı ilk məğlubiyyətini əngəlləmədi. Yeni baş məşqçinin – Fabio Qrossonun rəhbərliyi altında ilk oyuna çıxan “Lion” evdə “Havr”ın öhdəsindən gələ bilmədi – 0:0. “Marsel” – “Tuluza” oyununda da bu hesab qeydə alındı. Vitse-çempion “Lans” isə “Mets”ə uduzmaqla ÇL-in startı ərəfəsində sonuncu pilləyə yuvarlandı.

PSJ-ni çətin oyun gözlədiyini hər kəs bilirdi, ancaq parislilərin uduzacağını proqnozlaşdırmaq çətin idi. Moffinin 21-ci dəqiqədəki qolu ilk həyəcan siqnalı idi. PSJ bunu “eşitdi” və 29-cu dəqiqədə Mbappe güclü zərbə ilə tablodakı rəqəmləri eyniləşdirdi. 2-ci hissə “Nitsa”nın qolu ilə start götürdü. Sol cinahla irəliləyən Moffinin uzaq dirək önünə asmasını Lyabord tamamladı. Nədənsə parislilər bu qoldan sonra özünə gələ bilmədi. Diopun zərbəsindən sonra Donnarumma komandasını real qoldan xilas etsə də, 69-cu dəqiqədə Moffi bu dəfə sağ cinahdan cərimə meydançasına daxil olub italiyalı qapıçıya heç bir şans vermədi. Bundan sonra “qartallar” diqqəti müdafiəyə ayırdı və qələbəni qoruya bildi. Düzdü, 87-ci dəqiqədə Mbappe qollardan birinin əvəzini çıxmağı bacardı.

Lider “Monako” “Loryan”ın qonağı idi. Komandalar kəşfiyyata vaxt sərf etmədi, artıq 2-ci dəqiqədə meydan sahiblərindən Ayequn hesabı açdı. Cari mövsümə yaxşı başlayan Qolovin 17-ci dəqiqədə “status-kvo”nu bərpa etdi. “Knyazlar” fasilədən sonra tempi artıraraq bir neçə təhlükəli vəziyyət yaratdı. Onların çalışdırıcısı Adi Hütter 66-cı dəqiqədə meydan üç yeni futbolçu buraxdı. Bu gediş dərhal bəhrə verdi. Yenilərdən Baloqunun, demək olar ki, topa ilk toxunuşu qolla nəticələndi. Hər kəs “Monako”nun qələbə qazanacağını düşündüyü anda səhnəyə məhz bu komandanın yetirməsi olan Fevr çıxdı. O, 8-ci uzatma dəqiqəsində müdafiəçilərin gözündən yayınaraq hesabı bərabərləşdirə bildi.

“Tuluza”nı qəbul edən “Marsel” böyük üstünlüyə malik olsa da, heç cür qol vura bilmədi. Hərçənd 28-ci dəqiqədə Obameyanq fərqlənməyə yaxın idi. 58-ci dəqiqədə Ronjyenin zərbəsi dirəkdən döndü, bir qədər sonra Kloss əlverişli imkanı qaçırdı. “Lill”i qəbul edən “Renn” oyunun gedişində 0:2 geri düşsə də, sonda məğlubiyyətdən qaça bildi – 2:2. “Strasbur” – “Monpelye” oyunu da bu hesabla bitdi. Maraqlıdı ki, bu oyunda da qonaqlar 2:0 önə çıxdıqları haıda, qələbə hesabını qorumaq mümkün olmadı.

Mövsümə uğursuz başlayan “Lion”un Loran Blanı istefaya göndərdiyini xəbər vermişdik. Yeni baş məşqçinin – italiyalı Fabio Qrossonun “şirlər”i “Havr”la oyuna hazırlaşdırmaq üçün vaxtı olmamışdı. İlk yarıda heç bir təhlükəli vəziyyət olmadı. 2-ci hissə bir qədər maraqlı keçsə də, qol vəziyyətlərinin sayı yenə də az idi. “Lion” qələbə topunu vura bilməsə də, 1 xal sayəsində sonuncu pilləni tərk edə bildi.

“Reyms”in qonağı olan “Brest” 2:1 hesabıyla qələbə qazandı. Xalını 10-a çatdıran “qırmızı-ağlar” gözlənilmədən 2-ci pillədə qərarlaşıb. Nəhayət, “Nant” və “Mets” səfərdə, uyğun olaraq, “Klermon”la “Lans”ı minimal hesabla məğlub etdi. Vitse-çempionun 5 oyundan sonra 1 xalla turnir cədvəlinin sonuncusu olması maraqlı məqamdı.

5-ci tur
PSJ – Nitsa 2:3
Mbappe, 29; 87 – Moffi, 21; 69. Lyabord, 53. (47000)
PSJ: Donnarumma, Ernandes, Şkrinyar, Pereyra, Hakimi, Zair-Emeri, Soler (Uqarte, 64), Vitinya, Mbappe, Ramuş (Kolo Muani, 64), Dembele (Barkola, 67).
Nitsa: Bulka, Bar (Perro, 79), Dante, Todibo, Lotomba, Sanson (Budaui, 71), Ndaişimay, Türam (Rosario, 88), Diop (Gessand, 71), Moffi (Boqa, 79), Lyabord.
Loryan – Monako 2:2
Ayequn, 2. Fevr, 90+8 – Qolovin, 17. Baloqun, 69. (15247)
Monako: Ken, Maqassa, Maripan, Sinqo, Venderson (Diatta, 66), Fofana (Akliuş, 67), Zəkəriyə (Matazo, 83), Enrike, Qolovin, Minamino (Yakobs, 86), Ben Yedder (Baloqun, 66).
Marsel – Tuluza 0:0
(62000)
Marsel: Lopes, Lodi, Balerdi (Meyte, 56), Mbemba, Kloss, Muqe (Ndiaye, 56), Ronjye (Kondoqbia, 66), Veretu, Korrea (Arit, 66), Obameyanq, Vitinya.
Lans – Mets 0:1
Asoro, 37. (37988)
Renn – Lill 2:2
Assinyon, 74. Salah, 89 – Yoro, 33. Diakite, 62. (28178)
Strasbur – Monpelye 2:2
Lekomt, 63-öz qapısına. Motiba, 69 – Xəzri, 35. Nordin, 40. (25128)
Klermon – Nant 0:1
Simon, 49. (9775)
Reyms – Brest 1:2
Riçardson, 19 – Kamara, 50. Lis-Melu, 56. (12948)
Lion – Havr 0:0
(35507)
1. Monako 5 3 2 0 15-7 11
2. Brest 5 3 1 1 7-6 10
3. Nitsa 5 2 3 0 7-4 9
4. Marsel 5 2 3 0 7-4 9
5. PSJ 5 2 2 1 10-6 8
6. Lill 5 2 2 1 7-7 8
7. Mets 5 2 2 1 7-9 8
8. Renn 5 1 4 0 10-6 7
9. Reyms 5 2 1 2 9-7 7
10. Strasbur 5 2 1 2 6-8 7
11. Havr 5 1 3 1 8-6 6
12. Loryan 5 1 3 1 7-7 6
13. Tuluza 5 1 3 1 5-6 6
14. Monpelye 5 1 2 2 9-9 5
15. Nant 5 1 2 2 6-8 5
16. Lion 5 0 2 3 3-10 2
17. Klermon 5 0 1 4 4-10 1
18. Lans 5 0 1 4 4-11 1
Bombardirlər: Mbappe (PSJ) – 7, Ben Yedder (Monako), Məhəmməd (Nant) – 4.
Növbəti turun oyunları sentabrın 22-26-sı aralığında keçiriləcək: Monako – Nitsa, Nant – Loryan, Brest – Lion, Mets – Strasbur, Havr – Klermon, Lans – Tuluza, Monpelye – Renn, PSJ – Marsel, Lill – Reyms.

Fakt
PSJ mövsümdəki ilk 5 oyunun üçündə xal itirib. Son turda ilk məğlubiyyətini alan Paris klubu buna qədər iki dəfə heç-heçə edib, iki dəfə də uduzub. Parislilər sonuncu dəfə 2014/15 mövsümünə ilk 5 oyunda iki qələbə ilə başlayıb.

Turun rəqəmi
15 – Mbappe ən azı bir məhsuldar hərəkətlə yadda qaldığı ardıcıl oyunların sayını bu həddə çatdırdı. Bundan daha uğurlu seriyaya imza atmağı yalnız iki futbolçu – Messi və Ronaldo bacarıb. Kriştiano 2013-ün oktyabrından 2014-ün yanvarına qədər keçirdiyi ardıcıl 17 oyunda ən azı bir məhsuldar hərəkət edib. O, bu müddətdə 21 qol vurub, 5 məhsuldar ötürmə verib. Lionel isə 2011-in yanvar-mart aralığında keçirdiyi 16 oyunda 17 qol vurub, 9 da məhsuldar ötürməsi olub.

Turun ulduzu
Terem Moffi (Nitsa) – PSJ üzərindəki qələbənin memarı oldu. Nigeriyalı gənc hücumçu dubl etdi, eləcə də Lyabordun fərqlənməsinə şərait yaratdı. Belə göstəricilərdən sonra başqa birisini “turun ulduzu” seçmək günah olardı.

Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi: “Nitsa” top saxlamağı bacaran güclü komandadı. Bizə topa nəzarət etmək lazım idi. “Nitsa” haqq etdiyi qələbəni qazandı. Rəqib bu mövsüm uduzmayıb və Françesko Faryolinin rəhbərliyi altında yaxşı oyun göstərir. Buraxılan qollar haqda danışsaq, ikisi müdafiəçilərimizdən səkdi. Ancaq bu bizə bəraət qazandırmır. Narahat deyiləm. Azarkeşlərin hesab 1:3 olarkən bizi necə dəstəklədiyini gördüm. Çərşənbə axşamı yaxşı oynayacağıq, nikbinəm. Komandamdan razıyam, ancaq “artırmaq” lazımdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-09-2023, 20:0

“Knyazlar” zirvədədi, PSJ ilə “Marsel” onları təqib edir - TURUN ŞƏRHİ

Dünya futbolu

30-08-2023, 22:0

PSJ ilk qələbəsini qazandı, “Monako” ilk dəfə xal itirdi – TURUN ŞƏRHİ

Dünya futbolu

23-08-2023, 22:0

PSJ və “Marsel” qələbə qazana bilmədi – TURUN ŞƏRHİ

Çempionlar Liqası

14-03-2023, 20:0

ÇL-də uğur əldə edən PSJ-ni Fransada dayandıran yoxdu – TƏHLİL

Dünya futbolu

5-04-2023, 21:0

PSJ 5-ci dəfə uduzdu, liderin əsas izləyicisi dəyişdi – 29-cu turun şərhi

Dünya futbolu

16-08-2023, 22:0

Ulduzlarsız PSJ debütdə büdrədi – TURUN ŞƏRHİ

Aktual
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Son xəbərlər
  • Bu gün, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Bu gün, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Bu gün, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə