"Sabah"ın Avropa zəfəri davam edir

4.10.2023 00:30 175
İdman
FİBA Avropa Kubokunun təsnifat mərhələsində mübarizə aparan "Sabah" ikinci oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, "tələbələr" Şimali Makedoniyanın "Rabotniçki" klubu ilə qarşılaşıb. Görüş təmsilçimizin 83:81 hesablı üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, "bayquşlar" bundan əvvəl Niderlandın "Donar" kollektivinə 75:72 qalib gəlib.