“Sabah” basketbol komandası FIBA Avropa Kubokunda ilk matçını keçirib.
“Football-plus.az” xəbər verir ki, təmsilçimiz mövsümə qələbə ilə başlayıb. Son çempion A qrupunda Niderland klubu “Donar”la qarşılaşıb. Şimali Makedoniyada keçirilən matç “bayquşlar”ın qələbəsi ilə nəticələnib - 75:72.
Qeyd edək ki, “Sabah” ikinci oyununu oktyabrın 3-də yerli komanda “Rabotniçki”yə qarşı keçirəcək.