"Sabah" Serbiyada ilk oyununu keçirdi

8.09.2023 21:35 2 212
İdman / Manşet
"Sabah" Serbiyada keçirilən təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Klubdan "Football-plus.az"a verilən məlumata görə, "tələbələr"in FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq çərçivəsində ilk rəqibi Serbiyanın "Vrsac" klubu olub. Vrsac şəhərinin "Millenium" arenasında keçirilən və oyunun gedişişində əldə olunan razılığa əsasən 3 period davam edən görüş rəqibin 62:57 hesablı qələbəsi ilə başa çatıb.

CAVİD ƏLİYEV