Serbiyanın Belqrad şəhərində təlim-məşq toplanışında olan "Sabah" FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq çərçivəsində 4-cü yoxlama oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, "tələbələr" bu dəfə Serbiyanın "Srvena Zvezda 2" komandası ilə qarşılaşıb. Oyun təmsilçimizin 81:78 hesablı qələbəsi ilə başa çatıb.