“Sabah” basketbol klubu Serbiyada ikinci yoxlama görüşünü keçirib

11.09.2023 12:58 250
İdman
“Sabah” basketbol klubu Serbiyada təşkil edilən təlim-məşq toplanışında ikinci yoxlama görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan çempionu yerli “Radniçki” klubu ilə qarşılaşıb.

Belqradda baş tutan matç gərginliyi ilə diqqət çəkib. Serbiyanın yüksək liqa təmsilçisi sonda 82:81 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Sabah” ilk yoxlama oyununda Serbiyanın digər komandası “Vrsac”a 57:62 hesabı ilə məğlub olub.