• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” “Sumqayıt”ı 5 parça etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

30-09-2023, 19:0

"Molde"ni də nəzərə alsaq, son üç oyunda qələbələri sıralayan "Qarabağ” doğma meydanda "Sumqayıt"ı da yenməklə zirvəyə yaxınlaşmaq, eyni zamanda İsveçə yaxşı əhval-ruhiyyədə yollanmaq niyyəti güdürdü.

"Kimyaçılar" isə ardıcıl uğursuzluqlardan sonra Suraxanıdan sərfəli nəticə ilə dönməyi düşünürdü. Hər iki komandada baş məşqçilər cəzalı olduğundan oyunu kənardan izləyəcəkdilər. Bu da, təbii ki, qarşılaşmaya təsirsiz ötüşməyəcəkdi.

Hakimin start fitindən sonra tərəflər oyuna ehtiyatlı başlasa da, dəqiqələr keçdikcə ağdamlılar üstünlüyü ələ alaraq rəqibi topsuz qoyadu və meydanın özünə aid hissəsinə sıxışdırdı. Ancaq ilk 15 dəqiqədə nə erkən qol, nə də real qol təhlükəsi oldu. Zubir sürətlə meydançasına şığıyıb Leandronu görsə də, onun zərbəsini boş qapıdan Bədəlov çıxardı. Zubirin təkrar zərbəsi isə hədəfə düşmədi. 22-ci dəqiqədə Dosso təhlükəni uzaqlaşdırarkən səhvə yol verdi, Juninyo topa sahib olaraq hesabı açdı. Qoldan sonra "köhlən atlar" coşdu. 27-ci dəqiqədə Leandronun qapı önünə asması zamanı müdafiəçilər özünü itirdi və Juninyo dublunu rəsmiləşdirdi.

Bir qədər sonra o, az qala het-trik də edəcəkdi. Cəfərquliyevin zərbəsi qapıdan yan keçdi. 37-ci dəqiqədə Rövlan Zubirə qarşı kobudluq etdi. Referi penalti nöqtəsini göstərsə də, sonra monitorda yaxınlaşıb qərarını bir daha dəqiqləşdirdi. Artıq “Qarabağ”da “ştatlı” penaltivurana çevrilən Toral hesabı 3:0 etdi. Maraqlıdı ki, ağdamlılar bu qoldan sonra da sakitləşmədi, əksinə, hücumları davam etdirdi. Leandro 43-cü dəqiqədə hesab arasında fərqi biabırçı həddə çatdırdı. Hissənin sonlarında Kamran komandasının ilk hücum cəhdini həyata keçirsə də, həmləsi uğursuz oldu.

Fasiləyə darmadağınla yollanan "Qarabağ" 2-ci yarıya da hücumla başladı. 50-ci dəqiqədə Benzyadan ötürmə alan Zubir komandasının 5-ci qolunu vurdu. "Kimyaçılar"dan Xaçayevin zərbəsi boşa çıxdı. Benzyanın sevinməsinə Rövlan imkan vermədi. Keytanın iki dəfə qol vurmasına qapıçı mane oldu. Qonaqlardan Kamranın zərbəsini Lunyov zərərsizləşdirdi.

Oyunun qalan dəqiqələri Qurban Qurbanovun yetirmələrinin top saxlamasıyla keçdi. Hakimin final fiti "Qarabağ"ın mövsümdəki 2-ci darmadağını rəsmləşdirdi. Ağdamlılar 2-ci tuda “Turan Tovuz”un qapısından üç cavabsız top keçirmişdi. “Sumqayıt”a isə nə olubsa, avqustun 19-da – Qəbələ səfərində olub. “Kimyaçılar” həmin oyundan bəri qələbənin nə olduğunu bilmir.

Gözdən qaçmadı

* Oyuna 50-yə yaxın "Sumqayıt" fanatı da təşrif buyurmuşdu.
* Matç 2 dəqiqə gec başladı.
* Qarşılaşma bitəndən sonra "Qarabağ" futbolçuları qələbəni azarkeşləriylə qeyd etdi.
* Hakimin final fitindən sonra Sumqayıtdan gələn azarkeşlər "kimyaçılar"ın futbolçularını səslədilər. Onlar bir neçə dəqiqə ərzində futbolçulara iradlarını bildirdikər. Azarkeşləri səbr və təmkin ilə dinləyən futbolçular onları alqışladı. İş ondadı ki, alqışlamaqdan başqa da seçimləri yox idi.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Reportaj / Avropa Liqası

23-09-2023, 12:0

“Qarabağ” “Molde” mifini dağıtdı - REPORTAJ

Ölkə futbolu / Reportaj

15-08-2023, 15:0

Qismət “Zirə”yə zirvəni qismət etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

1-04-2023, 12:0

"Sumqayıt" Tovuzda vacib qələbə qazandı - REPORTAJ

Premyer-liqa / Reportaj

9-05-2023, 17:0

“Qarabağ” kubokun finalçısını darmadağın etdi - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2023, 16:0

Bayılda iki qol və ədalətli sonluq - REPORTAJ

Manşet / Yazarlar / Avrokuboklar

11-08-2023, 00:0

"Qarabağ" həyəcanlandırdı, "Sabah" sevindirdi, "Neftçi"nin işi Allaha qalıb

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 213
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 200
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə